Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 13 nəfər məsuliyyətə cəlb edilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının iyunun 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.





















