"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Bizə bölgədə davamlı sülh lazımdır” – Qüdrət Həsənquliyev

25 May 2026 - 16:05
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, ABŞ-nin dövlət katibi Marko Rubionun sabah Ermənistana gözlənilən səfəri və imzalanacaq sənədlər Paşinyanın 7 iyun seçkilərində qələbəsinə əhəmiyyətli töhfə verə bilərmi?

– Demokratik dəyərlərin inkişaf etmədiyi cəmiyyətlərdə insanların davranışının motivasiyasını ali dəyərlər yox, qorxu təşkil edir. İnsan şüurla yox, instinktlə davranan və qərar qəbul edən başqa bir canlıya çevrilir. Ermənistanda seçkinin nəticələri Ermənistan vətəndaşının Ermənistanın Ukrayna ola biləcəyi barədə Rusiyadan gələn hədələri nə dərəcədə ciddi qəbul edəcəyindən daha çox asılı olacaq. ABŞ vitse-prezidentinin seçki öncəsi Macarıstana səfəri və Trampla birlikdə Orabana açıq siyasi dəstək ifadə etməsi, Orbanı ağır məğlubiyyətdən xilas etmədi. Paşinyan Trampın xoşlamadığı Sorosun yetirməsi kimi tanınır və Trampın ələ salıb həqarət etdiyi Fransa prezidenti Makronun himayəsi altındadır. Ona görə Trampın Paşinyanın qələbəsində maraqlı olduğunu düşünmürəm. Paşinyan Şaakaşvili kimi davransa onun taleyi Saakaşvilinin taleyindən ağır olacaq.

– Türkiyənin Ermənistanla dəmir yolu xəttini açması Paşinyana kömək edə bilərmi?

– 2021-ci il seçkilərində Azərbaycan və Türkiyənin Ermənistana münasibətdə sərt ritorikadan istifadə etməsi onun xeyrinə işlədi. Bu dəfə biz Ermənistana dəmir yolu xəttini açmışıq, Ermənistana yanacaq satırıq, Rusiyadan Ermənistana yüklər Azərbaycan üzərindən daşınır. Amma bunun erməni seçicisinə birbaşa təsiri hələlik əhəmiyyətli deyil və yekun sülh sazişi də imzalanmayıb, Türkiyə ilə quru sərhədləri açılmayıb. Revanşistlər bundan istifadə edib, türkə nifrət ruhunda böyüdülmüş və hələ də məğlubiyyət acısı yaşayan seçicini türkün hambalı adlandırdıqları, Əliyev tərəfindən idarə olunduğunu dedikləri Paşinyandan üz döndərməyə inandıra bilərlər. Revanşistlər çalışırlar cəmiyyəti inandırsınlar ki, məhz Paşinyana görə 44 günlük savaşda Rusiya onlara açıq dəstək verməyib.
Dəmir yolu xəttinin açılmasının Paşinyanın xeyrinə, yaxud ziyanına işlədiyini zaman göstərəcək.
O da mümkündür ki, Rusiya Paşinyanın qalib gəlməsinə bu seçkidə də mane olmayacaq, sadəcə əsas məqsədi güclü Rusiyayönümlü müxalifət formalaşdırmaqla, Paşinyanı qorxudub daha sözəbaxan etməkdir. Ermənistanda Rusiyayönümlü siyasətçi hakimiyyətə gəlsə, Qərb ona sanksiyalar tətbiq edə bilər. Bu isə Rusiyaya lazım deyil. Hazırda Qərbdən Rusiyaya satılmayan bir çox malları Rusiya Ermənistan üzərindən alır.

– Azərbaycana kimin qalib gəlməsi daha faydalıdır?

– Paşinyan sülh prosesini aparır və bizə bölgədə davamlı sülh lazımdır. Güclü və ağıllı xalqlar istəyirlər ki, qonşularında sabitlik və rifah olsun. Paşinyan qalsa, Ermənistan hərtərəfli inkişaf edəcək. Güclülərlə yaxşı mənada yarışmaq insanlarımızın rifahının yüksəlməsinə, inkişafımıza xidmət edəcək. Biz sülh istəyiriksə, qonşulara münasibətdə sülhpərvər siyasət yürütməli, sərhədlərimizi, qapılarımızı açmalı və onlarla yaxından əməkdaşlıq etməliyik. Bununla yanaşı, daxildə güclü milli birliyimiz, güclü müttəfiqlərimiz və güclü iqtisadiyyatımız olmalıdır.

Previous Post

“Rusiya erməni dostları ilə dialoqu davam etdirəcək” – Peskov

Next Post

Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir

Bənzər yazılar

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

09 Oktyabr 2026 - 16:00

ABŞ münaqişənin davam edəcəyi təqdirdə Ukraynanı sərt qışla üzləşəcəyinə inanır. Elchi.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. ABŞ...

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

09 Oktyabr 2026 - 10:43

Rusiya Prezidenti Vladimir Putin İranın regional münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüslərini dəstəklədiklərini bildirərək deyib: "Biz bu istiqamətdə İrana...

Next Post
Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir

Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir

Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48
Rafinya “Qalatasaray”la oyunu buraxacaq

Rafinya “Qalatasaray”la oyunu buraxacaq

09 Oktyabr 2026 - 18:27
İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

09 Oktyabr 2026 - 18:22
Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17
Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

09 Oktyabr 2026 - 18:09
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07
Çin və Aİ razılığa gəliblər

Çin və Aİ razılığa gəliblər

09 Oktyabr 2026 - 17:56
Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.