"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

19 May 2026 - 16:58
in SİYASƏT
FacebookVatsap

Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə BMT-nin Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bunu da oxuyun

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

Elchi.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ortaq tarix, milli-mənəvi dəyərlər və sarsılmaz qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Qeyd olunub ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafına mühüm təkan verir. Komitə sədri, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayaraq, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin dünyaya nümunə olduğunu qeyd edib.

Bu günlərdə Bakıda keçirilən WUF13 tədbirinin əhəmiyyətindən danışan Siyavuş Novruzov, Türkiyənin şəhərsalma və regional inkişaf sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

TBMM-nin İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, “bir millət, iki dövlət” prinsipinin Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Qonaq Bakıda keçirilən WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycanın ev sahibliyi ilə keçirilən belə mötəbər beynəlxalq tədbirlərin ölkəmizin artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi olduğunu bildirib.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və müasir şəhərsalma işlərini yüksək qiymətləndirən komitə sədri, həmçinin Zəngəzur dəhlizi və Orta Dəhlizin əhəmiyyətinə toxunaraq, bu layihələrin region ölkələri arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.

Görüşdə çıxış edən Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, deputatlar Elman Məmmədov, Kamran Bayramov, Vasif Qafarov, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-nin üzvləri Cem Avşar, Hüseyin Yıldız, Hulusi Şentürk və Mervan Gül Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıblar.

Previous Post

Azərbaycanın 2 güləşçisi Rusiyada keçirilən turnirdə bürünc medal qazanıb

Next Post

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edildi

Bənzər yazılar

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09

ABŞ bu qış Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması və hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır. Elchi.az xəbər...

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11

Ermənistan ilə Latviya Ermənistan Respublikası və Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin icrasına dair protokol imzalayıb....

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08

“Gürcüstanın Azərbaycan və Ermənistanla çox sıx münasibətləri var”. Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında...

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

07 Sentyabr 2026 - 13:18

Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edildi

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edildi

Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı” salınacaq

Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa Parkı" salınacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

08 Sentyabr 2026 - 12:26
Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

08 Sentyabr 2026 - 12:25
ÇL: “Qalatasaray”da Osimhenin yerinə o meydana çıxacaq

ÇL: “Qalatasaray”da Osimhenin yerinə o meydana çıxacaq

08 Sentyabr 2026 - 12:13
Husilər Səudiyyə Ərəbistanının 4 şəhərini vurdu: 73 yaralı

Husilər Səudiyyə Ərəbistanının 4 şəhərini vurdu: 73 yaralı

08 Sentyabr 2026 - 12:05
Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

08 Sentyabr 2026 - 11:57
Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

08 Sentyabr 2026 - 11:48
ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40
Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

08 Sentyabr 2026 - 11:31
Quldurlar yenidən ortaya çıxmağa başlayıb

Quldurlar yenidən ortaya çıxmağa başlayıb

08 Sentyabr 2026 - 11:24
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

08 Sentyabr 2026 - 11:16
Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

08 Sentyabr 2026 - 11:03
Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

08 Sentyabr 2026 - 10:54
“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52
ATƏT-in sədri Azərbaycana gələcək

Küləkli havada 4 nəfər xəsarət alıb

08 Sentyabr 2026 - 10:50
Böyük Britaniya və İsrail arasında gərginlik artır

Böyük Britaniya və İsrail arasında gərginlik artır

08 Sentyabr 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.