“Fənərbağça”da yeni baş məşqçinin kim olacağı ilə bağlı müzakirələr davam edir.
Elchi.az “A Bola” nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisinin namizədlərindən biri Xorxe Jesusdur.
Məlumata görə, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çalışan təcrübəli mütəxəssislə “Fənərbağça” arasında may ayının sonunda gödəşqçi ərəb futbolundan ayrılmağa müsbət yanaşır. “Sarı-lacivərdlilər”in bunun üçün 15 milyon avrodan çox büdcə ayırdığı bildirilir.
Xorxe Jesusla yalnız “Fənərbağça” maraqlanmır. Poartuqaliyadan “Sportinq Lissabon”da təcrübəli mütəxəssisi komandaya cəlb etmək istəyir.
Qeyd edək ki, Xorxe Jesus 2022/23 mövsümündə “Fənərbağça”nı çalışdırıb. O, İstanbul klubunun başında 53 oyuna çıxıb və hər matçda orta hesabla 2,23 xal toplayıb. Jesus həmin mövsüm “sarı-lacivərdlilər”lə Türkiyə Kubokunun qalibi olub.





















