ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), 73 tanker gəmisinin İran limanlarına giriş və çıxışının qarşısının alındığını bildirib.
Elchi.az xəbər verir ki, CENTCOM-un ABŞ mərkəzli “X” sosial media platformasındakı hesabından İrandakı son vəziyyətlə bağlı bəyanat yayılıb.
Bəyanatda ABŞ-ın 73 tanker gəmisinin İran limanlarına giriş və çıxışını əngəllədiyi bildirilib. Həmin kommersiya gəmilərinin təxmini dəyəri 13 milyard dollardan çox olan 166 milyon bareldən artıq İran neftini daşıma qabiliyyətinə malik olduğu qeyd edilib.
Açıqlamada həmçinin, 50-dən çox gəminin marşrutunun dəyişdirildiyi diqqətə çatdırılıb.
Məryəm





















