"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

WP: Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir

03 May 2026 - 11:02
in İQTİSADİYYAT, XƏBƏR LENTİ
FacebookVatsap

Yanacağın bahalaşması və qlobal neft bazarında artan gərginlik fonunda Ağ Ev administrasiyası ciddi siyasi və iqtisadi fəsadlar olmadan benzinin qiymətini cilovlamaq üçün əlçatan mexanizmləri, demək olar, tükəndirib.

Bunu da oxuyun

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

Bu günün valyuta məzənnələri

Elchi.az xəbər verir ki, bu barədə sosioloji tədqiqatların nəticələrinə və analitiklərə istinadən “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Hörmüz boğazında naviqasiya məhdudiyyətləri nəticəsində ABŞ-də benzinin orta qiyməti cəmi bir həftə ərzində 30 sentdən çox artaraq bir qallon üçün 4,39 dollara (təxminən 3,8 litr – red.) qalxıb.

Yanacağın qiymətinin artması amerikalı istehlakçıları xərclərini azaltmağa məcbur edir: “Washington Post”, “ABC News” və “Ipsos”un birgə sorğusuna əsasən, ABŞ sakinlərinin 44 %-i şəxsi nəqliyyatdan daha az istifadə etməyə başladıqlarını, 42 %-i gündəlik xərclərini azaltdıqlarını, 34 %-i isə səyahət və məzuniyyət planlarına yenidən baxdıqlarını etiraf edib.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp maliyyə naziri, Ağ Ev aparatının rəhbəri və vitse-prezidentin iştirakı ilə energetika sahəsinin nümayəndələri ilə müşavirə təşkil edib, bu zaman neft bazarında böhranın uzanacağı təqdirdə, mümkün fəaliyyət ssenariləri nəzərdən keçirilib.

WP vurğulayıb ki, administrasiya artıq bir sıra tədbirlər həyata keçirib ki, onların da arasında strateji neft ehtiyatlarının işə salınması, bəzi ekoloji standartların müvəqqəti yumşaldılması, Rusiya neftinə qarşı sanksiya məhdudiyyətlərinin qismən dayandırılması, eləcə də yanacağın dənizlə daşınması üzrə tələblərin müvəqqəti ləğvi var.

“Bununla belə, gələcək manevrlər üçün imkanlar son dərəcə məhduddur. Nəzərdən keçirilən variantlar sırasında federal yanacaq vergisinin ləğvi və Amerika neftinin ixracına məhdudiyyətlərin tətbiqi də var, lakin hər iki tədbir mühüm risklər fonunda cüzi təsirə malik olan tədbirlər kimi qiymətləndirilir”, – materialda bildirilib.

Ağ Ev nümayəndələri iddia ediblər ki, hazırkı qiymət dalğalanmaları müvəqqətidir və regiondakı vəziyyətlə şərtlənib. Bununla yanaşı, analitiklərin qiymətləndirmələrinə görə, əsas problemin həlli yalnız Hörmüz boğazı vasitəsilə fasiləsiz gəmiçiliyə zəmanət verən razılaşmaların əldə olunması halında mümkündür.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Previous Post

“Bakı Marafonu 2026” start götürüb

Next Post

XİN əməkdaşları “Bakı Marafonu 2026″da iştirak ediblər

Bənzər yazılar

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

24 Avqust 2026 - 19:17

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə...

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

24 Avqust 2026 - 11:00

Dünya bazarında qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib. Elchi.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:05-də...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

24 Avqust 2026 - 09:25

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, avqustun 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Elchi.az  xəbər verir, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin Hüquq...

Next Post
XİN əməkdaşları “Bakı Marafonu 2026″da iştirak ediblər

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

LSFI CAREC-də kapital bazarlarının inkişafı üçün üç addımı açıqlayıb

LSFI CAREC-də kapital bazarlarının inkişafı üçün üç addımı açıqlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

24 Avqust 2026 - 19:28
DİM rezidentura namizədlərinə müraciət etdi

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyatın vaxtı bilinib

24 Avqust 2026 - 19:20
ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

24 Avqust 2026 - 19:17
DİM bu imtahanın nəticələrini elan etdi

İxtisas seçiminin nəticələri açıqlanıb, 58 947 nəfər ali məktəblərə qəbul olunub – YENİLƏNİB

24 Avqust 2026 - 19:15
300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

24 Avqust 2026 - 19:10
İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

24 Avqust 2026 - 19:04
Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

24 Avqust 2026 - 18:53
Bu il 44 min uşaq bağçalara qəbul olunub

Bu il 44 min uşaq bağçalara qəbul olunub

24 Avqust 2026 - 18:45
İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

24 Avqust 2026 - 18:38
Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

24 Avqust 2026 - 18:27
Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

24 Avqust 2026 - 18:19
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust 2026 - 18:09
Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

24 Avqust 2026 - 18:00
Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

24 Avqust 2026 - 17:46
Bakıda bu yol bağlanır

Bakıda bu yol bağlanır

24 Avqust 2026 - 17:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.