"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Liderlik nümunəsi

02 May 2026 - 17:35
in CƏMİYYƏT
FacebookVatsap

Zaman sürətlə keçsə də, nəsillər dəyişsə də doğum gününü böyük coşqu, sevgi və dərin qədirbilənlik hissi ilə yad etdiyimiz Heydər Əliyevə olan ümumxalq məhəbbəti heç vaxt tükənməyəcək. Xalqımız yaşadıqca onun adı və əziz xatirəsi qəlblərimizdə əbədi yaşayacaq. Əgər xalqın içindən bir dahi çıxırsa, deməli, o xalqın yüksəlişə çatmaq potensialı var. Belə şəxsiyyətlər yalnız özləri üçün yaşamırlar, onların əsas məqsədi xalqa xidmət etmək olur və onlar başladığı heç bir işi yarımçıq qoymurlar. Tarix sübut edib ki, dönüş nöqtələri çox vaxt dahilərin adı ilə bağlı olur və onların hadisələrin mərkəzində olması milli xoşbəxtliyə gətirib çıxarır. Xalqımızın böyük oğlu Heydər Əliyev də belə şəxsiyyətlərdən idi və onun fəaliyyəti Azərbaycanın inkişafı və dövlətçiliyinin möhkəmlənməsinə xidmət etmişdir.

Bunu da oxuyun

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

Ulu Öndərin həyat yolu bütün dünyaya göstərdi ki, liderlik və böyüklük təkcə idarəçilik deyil, daha çox qurmaq və yaratmaq bacarığıdır. Dahi azərbaycanlı Heydər Əliyev xalqın tələbi ilə məhz ölkənin ən ağır dövründə hakimiyyətə qayıtdı. Həmin vaxt ölkədə siyasi anarxiya, hərc-mərclik, ziddiyyətli qərarlar və dərin sosial problemlər geniş narazılıq yaratmış, vətəndaş müharibəsi təhlükəsini qaçılmaz həddə çatdırmışdı. Hərbi qruplaşmaların milli maraqlarımıza deyil, ayrı-ayrı qüvvələrə xidmət etməsi nəticəsində torpaqlarımız işğal olunur, ölkə isə iflic vəziyyətinə düşmüşdü. Müstəqilliyin itirilməsi real təhlükəyə çevrildiyi bir zamanda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəyə nəfəs verdi.

İlk növbədə sabitliyi bərpa edən Ümummilli Lider qısa müddətdə atılan qətiyyətli addımlarla müstəqilliyimizin qorunmasına və ölkənin gələcək inkişafı üçün möhkəm təməllərin formalaşmasına şərait yaratdı və Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirdi. İqtisadi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və milli birliyin möhkəmləndirilməsi Ulu Öndərin fəaliyyətinin əsas prioritetlərinə çevrildi. Düzgün strategiya və uzaqgörən qərarlar nəticəsində ölkəmiz qısa müddətdə böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyevin iradəsi ilə ölkəmizdə dövlət quruculuğu prosesinə başlanıldı. Ozamankı iqtidarın uğursuz daxili və xarici siyasət kursu köklü şəkildə dəyişdirilərək müasir və güclü dövlətin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Xarici siyasətdə mehriban qonşuluq prinsiplərinə sadiqlik qorundu, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verildi.

Eyni zamanda ordu quruculuğu prosesi sürətləndirildi, ayrı-ayrı silahlı birləşmələr ləğv edilərək vahid komandanlıq sistemi yaradıldı. Dünya standartlarına uyğun, peşəkar və müasir Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirildi. Xarici və daxili düşmənləri məyus edərək müstəqil Azərbaycanı ayağa qaldıran Ulu Öndər ölkənin əsas qanunu olan Konstitusiyanın qəbul olunmasını təmin etdi. Qurtuluşçu lider kimi xalqın mənafeyinə yönəlmiş mühüm qərarlar qəbul edərək qısa müddətdə ümumxalq sevgisini qazandı və xalqın fenomeninə çevrildi. Eyni zamanda ölkədə dərin iqtisadi tənəzzülün aradan qaldırılması və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirildi. Demokratik dəyərlərin inkişafı, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm addımlar atıldı. Bunun nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu sürətlə artdı və ölkə etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Bunun ardınca Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri baş verdi. Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. 1994-cü il 20 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi ilə bağlı dünyanın aparıcı 13 neft şirkəti ilə razılaşma əldə olundu. Bu müqavilə bütövlükdə ölkənin gələcək inkişaf kursunun müəyyənləşməsində həlledici rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirdi, ölkəyə iri həcmdə xarici sərmayələrin cəlb olunmasına şərait yaratdı və beynəlxalq iqtisadi sistemdə mövqelərini daha da möhkəmləndirdi. Azərbaycan öz təbii sərvətlərinə sahib çıxmaqla yanaşı, onları milli maraqlara xidmət edən strateji amilə çevirdi və bununla da iqtisadi müstəqilliyini real məzmunla möhkəmləndirdi. Bu reallıq Heydər Əliyevin dövlətçilik kursunun ən mühüm nəticələrindən biri kimi tarixə qovuşdu. Onun rəhbərliyi ilə həyata keçirilən neft strategiyası təkcə iqtisadi gəlir mənbəyi yaratmadı, həm də Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, ölkəni beynəlxalq investisiya mühitində etibarlı tərəfdaş kimi tanıtdı. Bu proses dövlətin uzunmüddətli inkişaf modelinin formalaşmasına zəmin yaratdı. Eyni zamanda bu siyasət nəticəsində Azərbaycanın siyasi dayanıqlığı daha da gücləndi, ölkənin müstəqilliyi iqtisadi əsaslarla möhkəmləndi və dövlət idarəçiliyində sabitlik təmin olundu. Regionların inkişafı, sosial infrastrukturun yenilənməsi və insan kapitalının gücləndirilməsi istiqamətində atılan addımlar ümumi tərəqqiyə təkan verdi. Beləliklə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli inkişaf modelinin əsasını təşkil etdi və ölkənin gələcək strateji istiqamətlərini müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və Vətən qarşısında göstərdiyi tarixi xidmətlər hər birimiz üçün örnək və yol xəritəsidir. Bu yol milli dövlətçiliyimizin formalaşmasında və qorunmasında həlledici mərhələ kimi tarixə düşdü. 20 Yanvar hadisələri zamanı xalqımız ağır sınaqla üz-üzə qaldığı bir dövrdə onun prinsipial mövqeyi və həqiqəti dünya ictimaiyyətinə çatdırması bir daha sübut etdi ki, Heydər Əliyev xalqın səsidir. Həmin faciəli günlərdə Azərbaycanın səsinin eşidilməsi informasiya blokadasının yarılmasında mühüm rol oynadı. O dövrdə Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı, xalqımız heç bir ağır faciə yaşamazdı. Bu mənada Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik təfəkkürünü formalaşdıran, sabitlik və inkişafı təmin edən böyük lider kimi müqəddəslik simvoludur.

Ulu Öndərin rəhbərliyi ilə müəyyənləşən siyasi xətt müstəqil Azərbaycanın inkişafı üçün möhkəm təməl olmuşdur. Bu gün də Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın inkişaf strategiyasında mühüm istinad nöqtəsi olaraq qalır və siyasi məktəb kimi gələcək nəsillərə ötürülür.

Azərbaycan hazırda tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkələr içində ölkəmiz seçilir, adı ehtiramla çəkilir. Azərbaycan Avropanın enerji xəritəsində mühüm rol oynayır. Bakı qlobal problemlərin həll olunduğu sabit məkandır. İşğal altında olan torpaqlarımızda bayrağımız dalğalanır. Bölgənin lider ölkəsi olan Azərbaycanın təşəbbüsləri dünyada qəbul olunur, fikirləri əsas götürülür. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilə bilməz. Çünki mədəni müxtəlifliyin, tolerantlığın ünvanı olan ölkəmiz çox güclüdür. Bu dövləti, bu ölkəni isə Heydər Əliyev qurdu. Ümummmilli Lider çökmüş, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, vətəndaş müharibəsinin astanasında olan, dağıdılmış bir məmləkət üzərində güclü Azərbaycan quraraq onu öz strategiyası ilə yaşatmağı və inkişaf etdirməyi bizə miras qoydu. Məhz bu üstün keyfiyyətlərinə görə, Heydər Əliyev xalq qarşısında fövqəlxidmətlər göstərərək əbədiyyət qazanmış bənzərsiz siyasətçidir. Tarixdə heç bir lider Heydər Əliyev qədər xalqı üçun fayda verməyib. Qürurla qeyd edək ki, Heydər Əliyev dünya üçün liderlik nümunəsidir.

Onun xalqı xilas missiyası yalnız qurtuluşçu rəhbər obrazı formalaşdırmaqla kifayətlənmədi, həm də bütövlükdə dünya siyasi tarixi üçün mükəmməl bir lider örnəyi yaratdı. Heydər Əliyev özünəqədərki ənənəvi lider və siyasətçi stereotipini dağıtmaqla yanaşı, tarix var olduqca alternativi olmayan xalq sevgisi və mükəmməl siyasi gedişlərə imza atdı. Bu böyüklüyün adı Heydər Əliyev oldu.

Amin İSMAYILOV,

YAP İdarə Heyətinin üzvü,

AMEA-nın müxbir üzvü, professor

Previous Post

Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı poetik rüzgarı – FOTOLAR

Next Post

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək

Bənzər yazılar

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az  xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil...

Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, arabir leysan xarakterli olacağı...

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Elchi.az xəbər verir...

Next Post
Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək

İsrailin Təhlükəsizlik Kabineti Qəzzada əməliyyatların bərpasını müzakirə edəcək

İsrailin Təhlükəsizlik Kabineti Qəzzada əməliyyatların bərpasını müzakirə edəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.