“İran eksklüziv olaraq digər ölkələrlə dialoq və konstruktiv münasibətlərin qurulmasının tərəfdarıdır, lakin onların öz iradələrini tətbiq etmək cəhdlərinə dözməyəcək”.
Elchi.az xəbər verir ki, bu sözləri İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.
“İran müharibə və ya qeyri-sabitliyə can atmır və həmişə müxtəlif ölkələrlə dialoq və konstruktiv əlaqəni müdafiə edir. Bununla belə, [İslam Respublikasına] öz iradəsini sırımaq və ya onu təslim olmağa məcbur etmək cəhdi uğursuzluğa məhkumdur. İran xalqı heç vaxt belə bir yanaşmanı qəbul etməyəcək”, – Pezeşkian öz Teleqram kanalında deyib.
Yeganə





















