Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi səfərlə Çinə gəlib.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün nəzərdə tutulduğu barədə məlumat yayıb.
Rusiya XİN-dən daha əvvəl bildirilib ki, Lavrov Pekində çinli həmkarı Van İ ilə danışıqlar aparacaq. Görüşdə ikitərəfli gündəm və beynəlxalq problemlər, o cümlədən Yaxın Şərqdəki və Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.
Nazirin səfəri 14-15 aprel tarixlərini əhatə edəcək.
Məryəm





















