İsrail Müdafiə Ordusunun (SAXAL) bir hərbi qulluqçusu həlak olub, daha üçü isə Cənubi Livandakı hərbi əməliyyatlar zamanı yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, 30 yaşlı yanğınsöndürən maşın sürücüsü həlak olub, daha üç ehtiyatda olan əsgər isə Cənubi Livanda şiə “Hizbullah” təşkilatının qüvvələri ilə toqquşmalar zamanı yaralanıb. Qeyd olunur ki, yaralı hərbçilər tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə edilib, ailələrinə isə baş vermiş hadisə barədə məlumat verilib.
Məryəm




















