Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən 25 kilometrlik Kral Fəhd Körpüsündə nəqliyyatın hərəkəti ehtiyat tədbiri olaraq müvəqqəti olaraq dayandırılıb.
Elchi.az xəbər verir ki, Kral Fəhd Körpüsü İdarəsi ABŞ-da yerləşən X şirkətinin sosial media hesabı vasitəsilə məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Qeyd edilib ki, Kral Fəhd Körpüsündə nəqliyyat vasitələrinin hərəkəti son saatlarda Şərqiya bölgəsi Milli Erkən Xəbərdarlıq Platforması tərəfindən verilən xəbərdarlıqlara əsasən ehtiyat tədbiri olaraq dayandırılıb.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin gecə yarısı verdiyi açıqlamada bildirilib ki, Şərqiyada 11 ballistik raket ələ keçirilib, onlardan 7-sinin qəlpələri enerji obyektlərinin yaxınlığında düşüb və zərərin qiymətləndirilməsi işləri davam edir.
Şayəstə





















