İraqın Ərbil şəhəri yaxınlığındakı Zergezevi kəndindəki bir evdə kamikaze dronunun vurması nəticəsində iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, Ərbil valisi Ümid Xoşnav şəhərə ardıcıl hücumlardan sonra mətbuata açıqlama verib.
Xoşnav bildirib ki, Ərbilin Dərəşəkiran rayonunun Zergezevi kəndində bir evə dron zərbəsi endirib və iki nəfər ölüb.
Bunu Ərbil üçün “çətin gün” adlandıran Xoşnav şəhərə çoxsaylı raket və dronlarla hücum edildiyini bildirib.
Xoşnav bildirib ki, hədəfə alınan Zergezevi kəndində heç bir hərbi nöqtə yoxdur və üç dron kəndə hücum edib, ikisi tarlaları, biri isə bir evi vurub.
Mülki itkilərlə bağlı narahatlığını vurğulayan Xoşnav bildirib ki, Ərbilə edilən hücumlarda indiyə qədər 16 nəfər ölüb.
Şayəstə





















