İran İnqilab Keşikçiləri Korpusu: İran ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolna raket zərbəsi endirib.
Elchi.az xəbər verir ki, Press TV-nin qüvvələrin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolna raket zərbəsi endirib.
Hesabatda bildirilir ki, USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin zərbə qrupuna şimali Hind okeanında dörd Qadr-380 qanadlı raketi hücum edilib.
İİKK həmçinin ABŞ qırıcı pilotları və uçuş mühəndislərinin BƏƏ-dəki bazanın yaxınlığında gizli görüşünə zərbə endirdiyini iddia edib.
1 apreldə İranın ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolna doğru dronlar atdığı və onu yerləşdirmə yerini dəyişdirməyə məcbur etdiyi bildirilib.
Daha əvvəl İİKK-nın komandan müavini general Əli Fədəvi Fars körfəzində Amerika təyyarədaşıyan gəmilərinin olmadığını, onların İslam Respublikası sahillərindən 1000 kilometr geri çəkildiyini bildirmişdi.
Şayəstə





















