İranın xarici işlər naziri Abbas Araqçi sosial media hesabında bu yaxınlarda hədəfə alınan ABŞ E-3 AWACS erkən xəbərdarlıq təyyarəsinin fotosunu paylaşıb. Araqçi bildirib ki, “Əməliyyatlarımız ərəblərə və ya iranlılara hörmət etməyən və təhlükəsizliyi təmin etməyən təcavüzkarlara qarşı yönəlib”.
Elchi.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi sosial media hesabında verdiyi açıqlamada bu yaxınlarda hədəfə alınan ABŞ E-3 AWACS erkən xəbərdarlıq təyyarəsinin fotosunu paylaşıb. O, ölkəsinin Səudiyyə Ərəbistanı Krallığına hörmət etdiyini və onu qardaş millət hesab etdiyini bildirib və əlavə edib ki, “Əməliyyatlarımız ərəblərə və ya iranlılara hörmət etməyən və təhlükəsizliyi təmin etməyən düşmən təcavüzkarlara qarşı yönəlib”.
Araqçi bölgədəki ABŞ hava komandanlıq sistemlərinə edilən hücumlara diqqət çəkərək bildirib ki, “ABŞ qüvvələrini bölgədən çıxarmağın vaxtıdır”.
Şayəstə





















