Professor Postol: İran İsrailin nüvə zərbəsinə qarşı qisas ala bilər.
Elchi.az xəbər verir ki, MIT professoru Teodor Postol bildirib ki, əgər İsrail İran ərazisinə nüvə zərbəsi endirərsə, İran da qisas ala bilər. O, fikrini Qrin Dizenlə müsahibəsində bölüşüb.
“Dua edirəm ki, bir çox israilli bunu eşitsin: əgər İsrail nüvə zərbəsi endirərsə, İran da qisas ala bilər”, – deyə o xəbərdarlıq edib.
Ekspert qeyd edib ki, ABŞ və İsrailin İrana hücumu mənasızdır, lakin indi Tehran ölkəni qorumaq üçün zəruri hesab edərsə, mütləq nüvə silahı əldə etmək istəyəcək.
Fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Paytaxt da daxil olmaqla, İslam Respublikasının çoxsaylı şəhərlərinə hücum edilib. Zərbələrdən biri Ali Lider Əli Xameneinin iqamətgahına dəyib; o, sağ qalmayıb. Buna cavab olaraq İran İsrailə, ABŞ hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz təyyarələr endirib.
Şayəstə





















