"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“ONLAR ABŞ İLƏ ANLAŞIB, ÖLKƏNİ XİLAS ETMƏLİDİRLƏR” – “İxtisar edilən vətəndaşları taleyin ümidinə buraxmaq olmaz”

30 Mart 2026 - 11:35
in GÜNDƏM, SİYASƏT
FacebookVatsap

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İrana qarşı davam edən hərbi əmliyyatların regiona təsiri, İranın gələcək taleyi, müharibənin mümkün nəticələri, eləcə də Azərbaycan cəmiyyətinin gündəm mövzuları ilə bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, ABŞ-İsrail qüvvələri tərəfindən İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Laricani, “Bəsic” qüvvələrinin komandanı və ETTELAT-ın rəhbəri öldürüldü. Müharibədə hərbçilərlə yanaşı siyasətçilər və diplomatlar da hədəfə alınır. Sizcə, bu, İran böhranının həllinə aparan yoldur, yoxsa vəziyyəti daha da gərginləşdirəcək?

– Məncə, Laricanini daha əvvəl ona görə qətlə yetirməmişdilər ki, bəlkə də düşünürdülər anlaşa bilmədikləri bir çox rəsmilər, o cümlədən Ali Dini Lider öldürüldükdən sonra, ola bilsin onunla hansısa danışıqlara getmək olar. Görünən odur ki, ABŞ İranda rejim dəyişikliyindən daha çox onunla əməkdaşlıq edəcək yeni bir hakimiyyətin formalaşmasını istəyir. Lakin Laricani bundan imtina etdi və daha sərt mövqe ortaya qoydu. Bundan sonra onu öldürdülər. Yəqin ki, ABŞ və İsrail müharibəni davam etdirmək tərəfdarlarını məhv etməyə çalışacaq ki, sonda arzuolunan şəxs hakimiyyətdə söz sahibi olsun. O da həm öz həyatını qorumaq, həm də bu müharibəni davam etdirməyin mənasız olduğunu anlayaraq hansısa formada razılığa gəlsin.

– Bu şəxs Prezident Məsud Pezeşkian ola bilər?

– Ola bilər, bəlkə də Pezeşkiana ona görə toxunmurlar ki, o, İranda xalq tərəfindən seçilmiş yeganə legitim şəxsdir. Görünür, istəyirlər ki, İranla imzalanacaq hər hansı bir sənədin legitimliyi sonradan kimsə tərəfindən şübhə altına alınmasın. Amma Pezeşkiana güclü lider olmadığı üçün seçilməyə imkan yaratdılar, o hazırda İranda son söz sahibi deyil. Dövlət idarəetməsində əsas rol SEPAH-a məxsusdur. Onlar Pezeşkiana imkan verməzlər ki, müharibənin dayandırılması ilə bağlı hansısa qərar qəbul etsin. İranın iqtisadiyyatı tam dağılmamış müharibəni dayandırmaq lazımdı , 90 milyonluq əhalinin sosial problemlərini həll etmək lazım gələcək. Düzdür, hələlik İran öz neftini sata bilir, amma bir müddətdən sonra neftin satışına və onun çatdırılmasına da problemlər yaradacaqlar. Məsələn, Keşm və Xark adalarını işğal edə bilərlər. Orada təxminən 148–150 minə yaxın insan yaşayır. Mən bir neçə gün əvvəl mətbuatda oxudum ki, Rza Pəhləvi deyir: əgər İran daxilində hansısa şəhər azad olunsa, dərhal ora köçərək yeni hökumət formalaşdıracaqlar. Keşm adası isə kifayət qədər böyükdür – təxminən 1400 kvadrat kilometr ərazisi var. Həm də Hörmüz boğazına yaxındır və azad iqtisadi zonadır.

– Xark adası da əsas hədəflərdən biridir…

– Bəli, İran əsas neft ticarətini Xark adası üzərindən qurub, amma digər ticarət və iqtisadi əlaqələr daha çox Keşm adası üzərindən həyata keçirilir. İran rəhbərliyi qəbul etməlidir ki, xalq dəyişiklik istəyir. Onlar ABŞ ilə anlaşıb islahatlara getməli, ölkəni dağılmaqdan xilas etməlidirlər. Arzu edək ki, müharibə tezliklə başa çatsın. Çünki qonşuda bir ev yanırsa, bu, sənin evinə də keçə bilər. Qonşu ölkələr bir-biri ilə sıx əlaqədədir və hamı istəyir ki, qonşusu da inkişaf etsin, yaşayış səviyyəsi yüksək olsun. Bu, normal qonşuluq münasibətidir. Çox təəssüf ki, İran rəhbərliyi müharibədən qaça bilmədi. Həmişə özlərini haqlı saydılar və onu nəzərə almadılar ki, müharibələrdə təkcə haqlı olmaq kifayət etmir – daha güclü və siyasi baxımdan daha yetkin və çevik olan qalib gəlir. Onlar isə çox sərt və güzəştsiz mövqe tutdular və nəticədə ABŞ-İsrail ittifaqına onları bombalamaq imkanı verdilər. Həm də müəyyən mənada təxribata çəkildilər. Donald Tramp əvvəlcə insanları küçələrə çağırdı, dövlət binalarını ələ keçirməyə çağırış etdi. İqtidardakılar isə qorxu içində hakimiyyətin itirilməsindən ehtiyat edib etirazçıları gülləbaran etdilər. Bundan sonra isə ABŞ və İsrail İrana hücum edəndə bu vəhşiliyi görmüş sivil dünya səssiz qaldı. Düşündülər ki, öz xalqı ilə bu cür davranan bir rejim artıq legitimliyini itirib və dəyişməlidir. Əslində isə İran rəhbərliyi daha təmkinli davranmalı, xalqla münasibətdə daha dözümlü və ehtiyatlı olmalı idi.

– Amerikanın müttəfiqləri bu prosesdə iştirak etmir. Hətta Tramp çağırış etmişdi ki, boğaza nəzarəti təmin etmək üçün dəstək lazımdır. Amma Avropa və NATO ölkələri bundan imtina etdilər…

– Bunun da əsası var. Çünki Ukrayna məsələsində Amerika Avropanın gözlədiyi dəstəyi vermir və deyir ki, bu müharibə bizim deyil, bizdən çox uzaqdadır. “Mən sadəcə silah sata bilərəm, pulunu verin” mövqeyini sərgiləyir. İndi isə oxşar vəziyyət yaranıb. Avropa ABŞ-yə deyir ki, bizdən hərbi müdaxilə gözləmə. İndi Tramp deyir ki, biz onları müdafiə etdik, amma onlar bizi müdafiə etmədilər. NATO tarixində nizamnamənin beşinci maddəsindən yalnız bir dəfə istifadə olunub. Bu da 11 sentyabr hadisələrindən sonra – Qoşa Qüllələr vurulduqdan sonra baş verib və bunun ardınca Əfqanıstana müharibə elan olunub. NATO bunu ABŞ-yə hücum kimi qəbul etdi. Avropa ölkələri ABŞ ilə birlikdə Əfqanıstana ordu göndərib və çoxlu sayda qurban veriblər. Ona görə də Avropanın bugünkü mövqeyini xəyanət kimi qiymətləndirmək düzgün olmaz. ABŞ Ukraynaya münasibətdə necə davranırsa, eyni şəkildə davranırlar. Çünki NATO müdafiə təşkilatıdır və əgər alyans üzvü olan dövlətlərdən biri başqa bir dövlətə hücum edirsə, digər üzv ölkələrin onu müdafiə etmək öhdəliyi yoxdur.

– Sizcə, müharibənin yekununda İran Hörmüz boğazı və strateji kommunikasiyalara nəzarəti itirə bilərmi?

– İran istənilən anlaşmada öz suverenliyini qorumağa çalışacaq. Hörmüz boğazında və digər əraziləri üzərində nəzarəti itirmək istəməz. Amma müharibə davam etsə İranın bir dövlət kimi varlığı təhlükə altına düşəcək. Bu baxımdan, istənilən razılaşmada İranın ərazi bütövlüyü və suverenliyinin qorunması əsas müzakirə mövzusu olacaq. Rəsmi hökumət 3 mindən artıq etirazçını öldürüdüyünü etiraf edir, amma qeyri-rəsmi məlumatlara görə bu rəqəm on minlərlədir. Onlar həm özlərini, həm ölkələrini qorumaq üçün kənara çəkilib hakimiyyəti yeni nəsil insanlara ötürməlidirlər. Suriya təcrübəsi də göstərir ki, böyük qanlar töküb hakimiyyətdə qalmaq mümkün deyil. Bu yol seçiləndə həm özləri, həm də ölkə böyük faciələrlə üzləşir.

– Amma buna baxmayaraq, insanlar küçəyə çıxmır…

– Çünki bilirlər ki, dinc insanları gülləbaran ediblərsə, indi kimsə küçəyə çıxsa, ona qarşı daha ağır silahlardan – hətta artilleriyadan istifadə oluna bilər. Yəni insanlar qorxduqları üçün etiraz edə bilmirlər. Bu səbəbdən İsrail orada asanlıqla özünə kəşfiyyat şəbəkəsi qura bilib. İnsanlar məlumat ötürürlər və rejimə qarşı daxildən müqavimət onu çox zəif edir. Amerika İrana quru qoşunlarını göndərib hansısa əraziləri işğal etsə və bombalanma davam etsə, hər şey bir an içərisində dəyişə bilər. Yalnız havadan bombalama ilə hakimiyyəti dəyişmək çox çətindir. Amma müharibə davam etdikcə mülki infrastruktur dağılacaq və sosial partlayışın baş vermə ehtimalı xeyli artacaq…

– Müttəfiqlər İranda hakim rejimi demontaj edərsə, necə bir sistemin qurulmasına çalışa bilərlər?

– Açığı, mən nə ABŞ-nin, nə də İsrailin İranda demokratik dövlət qurmaq istədiyini görürəm. Onlar daha çox mövcud rejimi devirmək və özlərinə uyğun avtoritar bir hakimiyyət formalaşdırmaq istəyirlər.

– Qüdrət bəy, müharibənin artıq1 ayı geridə qalıb və əvvəl gözlənilən böyük panika baş vermədi. Çünki belə bir ehtimal vardı ki, müharibə başlayan kimi əhalinin bir hissəsi ölkəni tərk edəcək, sərhədləri keçəcək. Amma hadisələrin region ölkələrinə, o cümlədən bizə olan təsirləri də gözləniləndən fərqli oldu…

– Mən heç vaxt düşünmürdüm ki, orada böyük bir qaçqın axını olacaq. Bilirsiniz niyə? Müharibə vaxtı əhali o zaman qaçır ki, məsələn, Qarabağda quru qoşunları gəlib və orada dinc insanları qırırdı. Amma əhali bilir ki, hücum edən Amerika və İsraildir. Əlbəttə, müharibə dövründə yanlışlıqlar olur və olacaq da. Qızlar məktəbinin vurulması kimi faciələr də olur. Amma əhali bilir ki, əsasən dövlət idarələrini, hərbi obyektləri vururlar. Ona görə də sadə insanların oradan qaçması gözlənilmir. Ancaq humanitar böhran olsa, əlbəttə, orada aclıq olsa, o halda insanların kütləvi axını ola bilər. O halda da, soydaşlarımızı necə Azərbaycana buraxmaya bilərik? Bu, Azərbaycan dövlətinin üzərində tarix boyu silinməsi mümkün olmayan böyük bir ləkə olar. Həm də bizim beynəlxalq öhdəliklərimiz var. Qaçqınların statusu haqqında 1951-ci il Cenevrə konvensiyasına qoşulmuşuq, onlara kömək etməliyik. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar Konstitusiyadan və referendum yolu ilə qəbul olunan qanunlardan sonra Azərbaycanda üstün hüquqi qüvvəyə malikdir. Neçə illər bundan qabaq parlamentdə çıxışlarımda deyirdim ki, ərzaq ehtiyatlarını artırmalıyıq, ən pis variantlara hazır olmalıyıq. Allah uzaq eləsin, belə bir humanitar fəlakət olsa, dərhal BMT-dən və digər böyük donor dövlətlərdən yardım istəməliyik. Qaçqınlar üçün sərhədə yaxın ərazilərdə düşərgələr qurula bilər. Bu, birinci insanlıq borcumuzdur, ikincisi milli-mənəvi borcumuzdur, üçüncüsü isə beynəlxalq öhdəliyimizdir.

– Parlamentdə məhkəmə-hüquq sistemini kəskin tənqid etmişdiniz. Bu sistemdə nələr dəyişməlidir, sizcə?

– Ən azından Milli Məclisin müvafiq komitəsinin, İnsan hüquqları üzrə müvəkkilin imkanı olmalıdır ki, hansısa bir cinayət işi, yaxud mülki iş üzrə məhkəmə materiallarını tələb edib, onunla tanış olsun. Təəssüf ki, aşağı instansiya məhkəmlərinin yuxarı instansiya məhkəmləri ilə əvvəldən razılaşmaqla qərarlar qəbul etmələrinə dair məlumatlar daxil olur. Bu zaman vətəndaş məhkəmələrdə ədalət tapa bilmir. İcra hakimiyyətinin məhkəmə qərarlarının qəbuluna ciddi təsiri var. Ölkəmizdə andlı iclasçılar institu tətəbiq olunmalıdır.

– Qüdrət bəy, son dönəmlər icra hakimiyyətlərində ixtisarlar aparılır və bir sıra nazirliklərdə, komitələrdə də bu proses gedir. Bu hökumətin mobilləşdirilməsi istiqamətində arzu edilən addımlardırmı?

– Müəyyən ixtisarlar gedir. Çox istərdim ki, idarəetmədə sistemli şəkildə islahatlar aparılsın. İndi hansısa nazirliklərdə işçilərin sayı azaldılır, yaxud publik hüquqi şəxslərin təqribən 50 faizinin ləğv olunacağı deyilir. Bizdə bürokratik aparat çox şişib və inkişafın qarşısında əsas maneələrdin biridir. Nazirliklərin, komitələrin, xidmətlərin, agentliklərin sayı ciddi şəkildə azaldılmalıdır. Özbəkistanda da bu proses gedir. Amma bu iş elə aparılmalıdır ki, insanlarımız bundan əziyyət çəkməsin. Onların çoxunun borcu, kreditləri, ailə üzvləri var. Bunları birdən-birə işdən azad edib taleyin ümidinə buraxmaq olmaz. Axı bunlar dövlətə qulluq ediblər, bizim vətəndaşlarımızdır. Gərək özəl sektor bu insanları işlə təmin etsin. Özəl sektora bunun üçün imkan yaradılmalıdır. Amma məndə olan məlumata görə, iri holdinqlər də ixtisarlar aparır. Yəni özəl sektorun da bu insanları işə qəbul etmək imkanı məhduddur. Bu halda dövlət bu adamlara, misal üçün, uzunmüddətli və çox aşağı faizlə kreditlər verməlidir ki, gedib kiçik biznes qursunlar, sahibkar kimi fəaliyyət göstərsinlər. Onlar üçün xüsusi kurslar təşkil etmək olar ki, hansı sahədə fəaliyyət göstərə bilərlər. Yoxsa insanları işdən çıxarıb taleyin ümidinə buraxmaq düzgün deyil. Amma ümumilikdə dövlət aparatının yığcamlaşdırılmasını pozitiv və düzgün qərar hesab edirəm. Daha az sayda dövlət qulluqçusu saxlamaq lazımdır, amma onlara yüksək maaş vermək lazımdır. Onların ləyaqətli həyat şəraiti təmin olunmalıdır. Eyni zamanda qarşılıqlı nəzarət mexanizmləri yaradılmalıdır. Bu mexanizmlər ona görə lazımdır ki, məmurlar rüşvət almasınlar, vətəndaşları incitməsinlər, dövlət əmlakından düzgün və səmərəli istifadə etsinlər, onu dağıtmasınlar və oğurlamasınlar.

– Bir müddət əvvəl gündəmdə idi ki, ölkədə Konstitusiya dəyişikliyi olacaq. Bu haqda nəsə gözlənilir?

– Naxçıvandakı kimi keçiriləcəksə, olmasa yaxşıdır. Orada idarəetməni necə dəyişdilər? Əvvəlcə Ali Məclisin sədri icra funksiyalarını həyata keçirirdi. İndi həm Ali Məclis sədrinin, həm Baş nazirin, həm də Prezidentin səlahiyyətli nümayəndəsinin icra səlahiyyəti var. Durumu bir az da qəlizləşib, əslində orada real hakimiyyət bölgüsü olmalı idi.

Previous Post

Paşinyan Baş nazir postuna namizəd seçilib

Next Post

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Sumqayıtda mebel sexi yandı – VİDEO

Sumqayıtda mebel sexi yandı - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.