İranda hüquq-mühafizə orqanları əməkdaşlarına hücumda, həmçinin ABŞ və İsrailin xeyrinə əməliyyatlar keçirməkdə təqsirli bilinən üç şəxs barəsində ölüm hökmü icra edilib.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə sistemi məlumat yayıb.
Edam martın 19-u səhər saatlarında baş tutub. “The Guardian” qəzetinin verdiyi məlumata görə, məhkumlar yanvar ayındakı iğtişaşlarda iştirak ediblər və həmin hadisələr zamanı iki polis əməkdaşı öldürülüb.
“Bu gün səhər saatlarında ‘Dey’ (İran təqvimi ilə yanvar ayı) iğtişaşları zamanı qətl törətməkdə və sionist rejim ilə ABŞ-ın maraqları naminə operativ fəaliyyətdə ittiham olunaraq məhkum edilmiş üç nəfər asılaraq edam edilib”, — deyə bəyanatda bildirilir.
Məryəm





















