Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistanın paytaxt Kabil və digər bölgələri “bombaladığını” və nəticədə mülki şəxslər arasında itkilərin olduğunu açıqladı.
Elchi.az xəbər verir ki, Kabildə yerləşən Tolo News-un məlumatına görə, Mücahid iki ölkə arasında davam edən münaqişə ilə bağlı açıqlama verib.
Mücahid Pakistanın Kabil, eləcə də Qəndəhar, Paktiya, Paktika və digər bölgələri “bombaladığını” bildirib.
O, mülki evlərin də hədəf alındığını qeyd edib və qadın və uşaqların həyatını itirdiyi barədə məlumatları paylaşıb.
Mücahid ən sərt şəkildə qınadıqları bu hərəkətin “cavabsız qalmayacağını” bildirib.
Tolo News-a danışan mənbələr həmçinin hücumlarda dörd mülki şəxsin öldüyünü, 25 nəfərin yaralandığını və dörd evin “tamamilə dağıldığını” bildiriblər.
Şayəstə





















