Böyük Britaniya Hörmüz boğazında konteyner gəmisinin “naməlum” bir cisim tərəfindən zədələndiyini açıqladı.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ras əl-Xaymədən 25 dəniz mili şimal-qərbdə naməlum bir cisim yük gəmisinə dəyib və yanğına səbəb olub. Gəminin kapitanı gəminin “naməlum bir cisim” tərəfindən zədələndiyini bildirib, lakin heyət üzvləri arasında heç bir itki və ya xəsarət alan olmayıb.
Şayəstə





















