Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Elchi.az xəbər verir ki, A. Bayraktar bu barədə “X”dəki hesabında yazıb.
“Nikol Paşinyan və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri cənab Davit Xudatyan ilə Parisdə görüş keçirdik” , – o bildirib və əlavə edib ki, söhbət zamanı bölgədə davamlı sülh və sabitliyə töhfə verəcək addımlar müzakirə olunub:
“İnfrastruktur və enerji məsələləri ətrafında da fikir mübadiləsi apardıq. Bu çərçivədə başda elektrik, nüvə enerjisi və təbii qaz olmaqla birgə fəaliyyət sahələrini müzakirə etdik”.





















