BP-nin iştiraki ilə həyata keçirilən layihələr çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə regionunda yerləşən neft-qaz obyektləri maksimum yüksək səviyyədə etibarlı və dayanmadan çalışır.
Elchi.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli neft-qaz sahəsi üzrə ixtisaslaşan media nümayəndələri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, regionda neft-qaz obyektləri 99% səviyyəsində etibarlı və dayanmadan çalışır.
Ciovanni Kristofoli xüsusən “Azeri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun dünyə əhəmiyyətini və onun dünya səviyyəli yatağın olduğunu qeyd edib.




















