Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Trampın İranın hücumlarını və Livandakı vəziyyəti müzakirə etdikləri bildirilir.
Elchi.az xəbər verir ki, Fransa mediasının Yelisey Sarayındakı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron telefon danışığı aparıblar. Zəng zamanı Trampın Makronu ABŞ-ın İrandakı hərbi əməliyyatları ilə bağlı son inkişaflar barədə məlumatlandırdığı bildirilir.
Həmçinin bildirilib ki, Makron Livandakı mövcud vəziyyət məsələsini qaldırıb və iki lider regional böhranın qonşu ölkələrə yayılması riskini müzakirə ediblər.
Şayəstə




















