İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-ın beynəlxalq sularda xəbərdarlıq etmədən İranın Dena freqatını vuraraq dənizdə vəhşilik etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Əraqçi bu açıqlamanı X sosial media platformasında verib. “ABŞ İran sahillərindən 2000 mil məsafədə dənizdə vəhşilik edib”, – deyə Arakçi bildirib və əlavə edib: “Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan və təxminən 130 dənizçi daşıyan Dena freqatı beynəlxalq sularda heç bir xəbərdarlıq etmədən vurulub. Unutmayın ki, ABŞ bu presedenti yaratdığına görə acı təəssüflənəcək”.
Dünən ABŞ müdafiə naziri Pit Heqset İran freqatının Şri-Lanka sahillərində sualtı qayıqdan atılan torpedo ilə batırıldığını açıqlayıb.
Şayəstə




















