Cənubi Kiprin Limasol şəhərindəki Britaniya Akrotiri Hava Bazasında partlayış baş verib. Partlayışın kamikaze dronunun səbəb olduğu güman edilir.
Elchi.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin mənbələri partlayışa dron səbəb olduğunu bildirib və bazanın siqnalizasiya sistemlərinin işə salındığı və ərazidəki təyyarələrin ələ keçirmə məqsədilə havaya qaldırıldığı məlum olub. Cənubi Kipr rəsmiləri partlayışın qismən ziyana səbəb olduğunu və ərazidə heç bir itki olmadığını bildiriblər.
Adanın ən cənub hissəsində yerləşən Akrotiri, ölkə xaricindəki ən böyük Britaniya bazasıdır.
Şayəstə





















