"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

ƏƏSMN-də Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş olub

26 Fevral 2026 - 19:02
in CƏMİYYƏT
FacebookVatsap

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində soyqırımı qurbanlarının ailə üzvlərindən, habelə soyqırımının şahidləri olan müharibə veteranlarından bir qrupu ilə görüş keçirilib.

Bunu da oxuyun

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Bu barədə Elchi.az-a ƏƏSMN-dən məlumat verilib.

Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

Bildirilib ki, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla törədilən soyqırımı zamanı 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl olan 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Bu işğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilib.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edib. Ulu Öndərimizin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb. 2020-ci il Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı Ermənistanın 30 il davam edən işğalından azad edib. 2023-cü il sentyabrın 19-20-də Ordumuzun lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri də separatçılardan təmizlənib. Dövlətimizin başçısı 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Görüşdə bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışının olduğu, ötən dövrdə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması üçün atılan addımlar diqqətə çatdırılıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü tədbirlər, Fondun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyasının əhəmiyyəti vurğulanıb.

Erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri, misli görünməmiş vəhşiliklərdən bəhs olunub. Xocalı soyqırımı zamanı şəhid olanların ailələrinin, yaralanaraq əlilliyi müəyyən edilmiş insanların sosial müdafiəsi tədbirləri, azadlığına qovuşan bütün ərazilərimiz kimi, Xocalıda da aparılan böyük quruculuq işləri diqqətə çatdırılıb. Azad edilmiş doğma yurdlarına – Xocalıya köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirlər qeyd olunub.

ƏƏSMN-də Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş olubƏƏSMN-də Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş olubƏƏSMN-də Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş olubƏƏSMN-də Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş olubƏƏSMN-də Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş olubƏƏSMN-də Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş olub

Previous Post

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib – YENİLƏNİB-3 – FOTOLENT

Next Post

Ermənistan KTMT üzvü ola-ola, NATO ölkəsi Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

Bənzər yazılar

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

08 Sentyabr 2026 - 11:31

Son onillikdə iqlim dəyişmələrinin fəsadları qlobal miqyasda ekstremal hadisələrin daha da şiddətlənməsi ilə müşahidə edilir. Elchi.az xəbər verir ki, bunu...

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

08 Sentyabr 2026 - 11:16

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək...

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

08 Sentyabr 2026 - 10:54

Ölkəmiz milli monitorinq sisteminin modernləşdirilməsinə investisiya qoyulması istiqamətində mühüm addımlar atıb. Elchi.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər...

ATƏT-in sədri Azərbaycana gələcək

Küləkli havada 4 nəfər xəsarət alıb

08 Sentyabr 2026 - 10:50

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb. Elchi.az xəbər verir ki, bu barədə Səhiyyə...

Next Post
Ermənistan KTMT üzvü ola-ola, NATO ölkəsi Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

Ermənistan KTMT üzvü ola-ola, NATO ölkəsi Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

Nigeriyada məscidə terror hücumu: 6 nəfər həlak olub

Nigeriyada məscidə terror hücumu: 6 nəfər həlak olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

08 Sentyabr 2026 - 11:31
Quldurlar yenidən ortaya çıxmağa başlayıb

Quldurlar yenidən ortaya çıxmağa başlayıb

08 Sentyabr 2026 - 11:24
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

08 Sentyabr 2026 - 11:16
Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

08 Sentyabr 2026 - 11:03
Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

08 Sentyabr 2026 - 10:54
“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52
ATƏT-in sədri Azərbaycana gələcək

Küləkli havada 4 nəfər xəsarət alıb

08 Sentyabr 2026 - 10:50
Böyük Britaniya və İsrail arasında gərginlik artır

Böyük Britaniya və İsrail arasında gərginlik artır

08 Sentyabr 2026 - 10:42
İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

08 Sentyabr 2026 - 10:34
Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

08 Sentyabr 2026 - 10:26
Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

08 Sentyabr 2026 - 10:18
Ölkə ərazisində yağış yağır və güclü külək əsir – FAKTİKİ HAVA

Bakıya aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

08 Sentyabr 2026 - 10:09
FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

08 Sentyabr 2026 - 09:57
Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

08 Sentyabr 2026 - 09:44
Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

08 Sentyabr 2026 - 09:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.