Papua Yeni Qvineya sahillərində zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə məlumat Avropa-Aralıq Dənizi Sismologiya Mərkəzi (EMSC) saytında dərc olunub.
Zəlzələ 11:14 UTC vaxtında 5,5 maqnituda ilə qeydə alınıb.
Zəlzələnin episentri ölkənin paytaxtı Port Moresbidən 483 km aralıda, ocağı isə 78 km dərinlikdə yerləşib.
Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.
Məryəm





















