Rusiyada məhkəmə “Gulag-Info” adlı internet saytının sahibi Denis Soldatova Instagram-a aid loqodan istifadə etdiyi üçün həbs cəzası verib.
Elchi.az xəbər verir ki, məhkəmə Moskva şəhərində keçirilən prosesdə, saytda Rusiyada girişinə qadağa qoyulmuş Instagram loqosunun yerləşdirilməsini qanun pozuntusu hesab edib və Soldatova 15 gün həbs cəzası tətbiq edib.
Rusiyada Instagram və Facebook-un ana şirkəti Meta ekstremizmi dəstəkləyən qurumlar siyahısında yer alır. Ölkədə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Facebook, Instagram, X və YouTube kimi bir sıra xarici rəqəmsal platformalara giriş qadağan olunmuşdu.
Məryəm





















