Hindistanın Carxand əyalətində təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.
Elchi.az xəbər verir ki, “India Today” qəzetinin məlumatına görə, Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) bildirib ki, Redbird Airways şirkətinə məxsus Beechcraft C90 təyyarəsi Carxand əyalətinin paytaxtı Rançidən havaya qalxıb.
Açıqlamada təyyarə ilə əlaqənin təxminən 20 dəqiqə sonra kəsildiyi və daha sonra təyyarənin Çatra bölgəsində qəzaya uğradığı müəyyən edildiyi bildirilib.
Çatra Rayon Komissarı Keerthishree G təcili yardım təyyarəsində olan yeddi nəfərin hamısının həyatını itirdiyini bildirib.
Səlahiyyətlilər təyyarənin göyərtəsində iki pilot, bədəninin 63%-ni əhatə edən yanıq xəsarətləri olan 41 yaşlı xəstə, onu müşayiət edən iki ailə üzvü, bir həkim və bir tibb işçisi olduğunu bildiriblər.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Şayəstə





















