"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib

03 Oktyabr 2023 - 13:24
in MANŞET
FacebookVatsap

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib. Tədbir Göyçay Rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Mərasim iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Qonaqları salamlayan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu tədbir çox əlamətdar bir ildə və tarixi günlər ərəfəsində baş tutur:

“Hamıya məlumdur ki, bu il Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu üçün bu il “Heydər Əliyev İli”dir. Həmçinin biz 3 il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü günlərdə böyük Zəfərə doğru irəliləyirdik. Bir neçə gün öncə isə lokal xarakterli antiterror tədbirləri nəticəsində qürurverici anları yaşadıq. Tam və qəti Qələbəmizə nail olmuşuq, bütün ərazilərimizdə suverenliyimiz bərpa olub. Belə bir tarixi ildə, bu cür tarixi günlərdə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, həmyerlimiz Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə Göyçay ensiklopediyasının işıq üzü görməsi və Heydər Əliyev adını daşıyan bu möhtəşəm mərkəzdə biz göyçaylılara təqdim edilməsindən böyük və dəyərli hədiyyə ola bilməz”.

Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitabın ideya müəllifi, naşiri AVCİYA prezidenti Elxan Süleymanov öncə 44 günlük müharibədə qazandığımız böyük Qələbəni, 24 saatlıq lokal antiterror tədbirlərində əldə etdiyimiz Zəfəri, suverenliyimizin tam bərpasını bizə bəxş etmiş Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə və Ordumuza təşəkkürlərini bildirdi: “İlham Əliyev azərbaycanlıları məğlub xalqdan qalib xalqa çevirən dahi lider və böyük sərkərdədir. Son 200 ildə bizə ilk dəfə zəfər sevinci yaşadan komandandır, rəhbərdir. Biz onun dövründə yaşamağımızdan fəxr etməliyik”.

E.Süleymanov çıxışında Ulu Öndərin Göyçay üçün gördüyü işlərdən bəhs etdi: “Ulu öndər və onun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin bütün bölgələrinə olduğu kimi, Göyçaya da xüsusi qayğı və diqqətlə yanaşıblar. Göyçaylıların dərin minnətdarlıqla xatırladıqları mühüm faktlar kifayət qədərdir. 1976-cı ildə Göyçay ərazisini daimi sel sularından qorumaq üçün Heydər Əliyevin göstərişi ilə Ərvan çayı üzə¬rində bənd tikildi. Bunun sayəsində rayonumuzun geniş torpaq sahələri abadlaşdırıldı, yüzlərlə ev, məktəb, mədəniyyət ocaqları tikildi, bağlar, parklar salındı. İnsanlar evlərində ra¬hat yaşamaq imkanı qazandılar. Bir neçə il öncə isə Göyçaya sel gələndə rayon ərazisində körpü uçdu. Cənab İlham Əliyev bu məsələni şəxsi nəzarətə götürdü, o körpünün bərpası ilə yanaşı, çayın yatağı qaydasına salındı, habelə yeni bir ehtiyat körpü inşa edildi”.
O, AVCİYA-nın onlarla yerli və beynəlxalq səviyyəli nəşrlərinin olduğunu bildirdi: “Bu nəşrlərin memarı, tərtibatçısı əməkdaşımız, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin rəhbəri, 1905.az saytının redaktoru Fuad Babayevə, baş redaktoru Asif Hacılıya və bütün zəhməti keçən əməkdaşlarımız, ensiklopediyanın çapına informasiya dəstəyi göstərənlərin hamısına dərin təşəkkürünü bildirirəm. Bu tədbirdə iştirak edən əziz dostlarım, millət vəkili, birinci vitse-spiker Əli Hüseynli, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruca, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafaya, Sabir Hacıyevə, Xalq Yazıçısı Anara, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə, ziyalı, professor, ensiklopediyanın ərsəyə gəlməsində böyük xidmətləri olan Şövqü Göyçaylıya xüsusi minnətdarlığımı bildirirəm”.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış etdi. O, ensiklopediyanın elmi-redaksiya şurasının sədri olmasından qürur duyduğunu söylədi və bu kitabın hər bir göyçaylının sevə-sevə oxuyacağına əminliyini ifadə etdi. Anar bildirdi ki, ensiklopediyanın Heydər Əliyevin 100 illiyinə həsr olunması onun əhəmiyyətini ikiqat artırır.

Professor, Ensiklopediyanın redaksiya şurasının üzvü Şövqü Göyçaylı “Mən xüsusilə qürur duyuram ki, Göyçay ensiklopediyası Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunub” – deyə, qeyd etdi. O, Göyçayın coğrafi əhəmiyyətindən danışdı, nəşrin rayon, onun tarixi, gələcəyi üçün böyük xidmət olduğunu söylədi.
Nəşrin baş redaktoru Asif Hacılı ensiklopediyanın ərsəyə gətirilməsindən, görülən işlərdən danışdı.

Təqdimatda deputat Zahid Oruc, “Yeni Müsavat” qəzetinin redaktoru, Ensiklopediyanın redaksiya şurasının üzvü Elşad Məmmədli, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov çıxış edərək, kitabın əhəmiyyətindən danışdılar, Ulu öndərin 100 illiyinə layiqli töhfə olaraq ərsəyə gətirilməsini yüksək dəyərləndirdilər. Onlar habelə Elxan Süleymanovun xarici siyasətdə gördüyü mühüm işlərdən, xeyriyyəçilik fəaliyyətindən, təhsilə daim diqqət göstərməsindən danışdılar.

Tədbirin sonunda Elxan Süleymanov söz alaraq, ensiklopediya ilə yanaşı, göyçaylılara daha 3 hədiyyə ilə gətirdiyini söylədi: “Birinci hədiyyəm, dəyərli şairimiz, Göyçayın fəxrlərindən olan İsgəndər Coşğunun şeirlərindən ibarət kitab olacaq. Qərar vermişik ki, qısa müddətdə onun 100 şeirini toplayaq və kitab çap edək, qarşıdan gələn Novruz bayramı ərəfəsində geniş tirajlayaq. İkinci hədiyyəm, Göyçayın görkəmli ədiblərinin külliyyatını (antologiyasını) nəşr etməyə qərar vermişik.
Üçüncü hədiyyəm isə hamınızı daha çox sevindirəcək. Heydər Əliyev daim təhsilə, elmə xüsusi diqqət yetirib. O, hər kəsə təhsilə qayğı göstərməyi tövsiyə edib. Mən 1990-1994-cü illərdə Göyçayda əlaçı şagirdlərə babam, mütəfəkkir, elm adamı Hacı Rəhim Əfəndinin adına təqaüd təqdim etmişəm. Bu ildən – Heydər Əliyevin 100 illiyində həmin mükafatı yenidən bərpa edirəm. Göyçayın mövcud 57 məktəbinin hər birindən 1 şagirdə ildə bir dəfə bu əlaçı təqaüdü təqdim ediləcək”.

Qeyd: Ensiklopediyanın elmi-redaksiya şurasının sədri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir.
Elmi-redaksiya şurasının üzvləri ADPU-nin professoru, Əməkdar müəllim Nadir Abdullayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “1905.az STUDİO”nun direktoru Fuad Babayev, coğrafiya elmləri doktoru, professor, Əməkdar müəllim Şövqi Göyçaylı, filologiya elmləri doktoru, professor, baş redaktor Asif Hacılı, İsveçin Umea Universitetinin elmi işçisi və mühazirəçisi, dosent Səadət Kərimi, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Bilkənd Universitetinin professoru Azər Kərimov, filologiya elmləri doktoru, professor Paşa Kərimov, Azərbaycan hüquqşünası və dövlət xadimi Əlisaab Orucov, siyasi elmlər doktoru, BDU-nun professoru Ramiz Sevdimalıyev, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Hacettepe Universitetinin professoru Kamal Soltanov, iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanov, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Elmi məsləhətçilər pedaqoq Vüqar Abdullayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Kərimova, filologiya üzrə fəlsəfə doktoru Təranə Məhəmmədqızı, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli, “Göyçay” qəzetinin redaktoru, Əməkdar müəllim Adil Məmmədov, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent İslam Musayev, Göyçay rayonu Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Göyçay rayonu Müharibə və Əmək Veteranları Şurasının sədri Atəş Salahov, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Pərviz Yəhyalı, Göyçay rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova.
Məsul redaktorlar Laləzər Abbasova, Sevda Zeynalova, bədii redaktor Təmkin Məmmədli, texniki redaktor İrina Muxtarova, orijinal maketin müəllifi Mehman İbrahimov, cildin dizaynını işləmiş Elviz İsmayılov, korrektor qrupunun koordinatoru Fatmaxanım Həsənova, korrektorlar Sadiq Hüseynov, Aqşin Məsimov, https://goychay-encyclopedia.az/ portalının dəstəklənməsini həyata keçirmiş Mansur Manafov, Ləman Carçalova.
Bölgə ziyalılarının masaüstü kitabı olacaq “Göyçay Ensiklopediyası” bu yaradıcı heyət tərəfindən ərsəyə gətirilib.

“Göyçay Ensiklopediyası”nda həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar xüsusi olaraq öz əksini tapıb.
Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.
Ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtibatında Səttar Bəhlulzadənin “Göyçay” (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın Vətəni sayılan bir rayonun simvolu kimi təqdirəlayiqdir.

“Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib“Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib“Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib“Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib
Previous Post

“Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib

Next Post

“Hakken”-“Qarabağ” oyunu bu hakimlərə tapşırıldı

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Next Post
“Hakken”-“Qarabağ” oyunu bu hakimlərə tapşırıldı

"Hakken"-"Qarabağ" oyunu bu hakimlərə tapşırıldı

“Hakken”-“Qarabağ” oyunu bu hakimlərə tapşırıldı

"Hakken"-"Qarabağ" oyunu bu hakimlərə tapşırıldı

Son xəbərlər

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.