"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Sabah elə proseslər baş verə bilər ki, 2025-ci ili gözləməyə ehtiyac qalmaz” – Qüdrət Həsənquliyev

08 İyul 2023 - 10:19
in Cebhe-banner, MANŞET
FacebookVatsap

“Erməni separatçılarının istənilən artıq hərəkətinə, o sırada silahlı hərbçilərin yerdəyişmə cəhdlərinə qarşı dərhal zərbələr endirilməlidir”

Qarabağda erməni separatçı-terrorçu dəstələrin və onlara havadarlıq edən Rusiya hərbi kontingentinin təxribatları davam edir. Artıq Azərbaycanın antiterror əməliyyatına başlaması qaçılmaz zərurətə çevrilməkdədir. Bu arada Ermənistan rəhbərliyinin yaxasını kənara çəkərək Qarabağda Ermənistan ordusuna məxsus hərbçilərin olmadığını iddia etməsi yeni situasiya yaradıb.

Bunu da oxuyun

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Lavrov ABŞ-ı təriflədi

Ötən ay “əgər 2020-ci ilin noyabrında müharibəni dayandırmasaydıq, Qarabağda 25 min hərbçimiz mühasirəyə düşəcəkdi” deyən Paşinyan bu gün həmin hərbçilərdən imtina edir. BAXCP sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Qüdrət bəy, Azərbaycan Prezidenti Qarabağda Ermənistan ordusunun hərbçiləri ilə bağlı tələblərini növbəti dəfə bəyan etdikdən sonra Paşinyan Qarabağda Ermənistan hərbçilərinin olmadığı iddiasını səsləndirdi. Onun reaksiyası Azərbaycana “Qarabağdakı qanunsuz silahlı birləşmələrlə, terrorçu dəstələrlə özünüz bilərsiniz” cavabı sayıla bilərmi? Sizcə, bundan sonra antiterror əməliyyatları üçün hansısa maneə qalırmı?

– Paşinyan gözünün içinə qədər yalan danışır. Amma bəli, o məna çıxır. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bu addımların atılmasına ona görə ehtiyac var ki, Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq. Deyəcəklər ki, sizin ərazi bütövlüyünüzü tanıyırıq, Sərkisyan da, Köçəryan da deyirdi. Ona görə də onlar Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımadılar. Həmişə deyiblər ki, “bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, 1991-ci il Almatı Bəyannaməsini də imzalayıblar. Amma Dağlıq Qarabağdakı ermənilər “öz müqəddəratlarını təyin ediblər”, öz “dövlətlərini qurublar”, siz də onlarla danışın, razılaşın”.

Yəni mahiyyət etibarilə heç bir dəyişiklik baş verməyib. Yəni bu, üskük fırladılması kimi, söz fırlada bilərlər. Ancaq mahiyyət dəyişmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu, belə olmasaydı, Paşinyan Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh sazişinə münasibətdə deyərdi ki, bəli, gəlin 1991-ci ilin sərhədləri – hansı ki, biz SSRİ tərkibindən çıxmışıq – daxilində bir-birimizin ərazi bütövlüyünü tanıyaq. Saziş imzalayaq ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin də delimitasiya və demarkasiyası prosesinə başlanılacaq, qalan məsələlərdə isə oturaq, danışaq, razılaşaq.

– Deyir, amma irəliyə addımlar atmır…

– Əlavə şərtlər qoyurlar. Bilirlər ki, Azərbaycan bununla razılaşmayacaq.

– Üstəlik, 1975-ci il xəritəsini ortaya atıblar. Məqsəd-məram nədir? Niyə məhz 1991-ci il yox, 75-ci il?

– Bunlar hamısı bəhanədir. Nə mənası var? Əgər həmin xəritə əsasında Azərbaycan və Ermənistanın ərazisi müəyyənləşib, bildirilib ki, bu ölkələr müvafiq olaraq 86,6 min kv/km və 29,743 min kv/km-lik ərazilərə sahibdirlər, üstəlik, Paşinyan özü də bunu deyirsə, o halda xəritənin nə əhəmiyyəti var? O ərazilər həmin xəritə ilə müəyyənləşib də. Azərbaycan da razılaşıb, erməni tərəf də. Deməli, bunların hamısı bəhanədir. Xəritə məsələsi əhəmiyyətli deyil. Sadəcə, Ermənistan istəyir ki, Azərbaycan beynəlxalq güclərin, o cümlədən 30 illik işğal dövründə Ermənistanı açıq da olmasa, birmənalı şəkildə dəstəkləyən, işğalçını müdafiə edən Fransa, ABŞ daxil olmaqla, digər qüvvələrin təminat verdiyi Qarabağdakı separatçı, əslində işğalçı rejimlə danışıqlara başlasın. Həmçinin böyük dövlətlər də separatçıların oradakı varlığına bir təminatçı olsunlar. Onların təminatı ilə danışıqlar başlayandan sonra isə Azərbaycan, ümumiyyətlə, orada antiterror əməliyyatı keçirə bilməyəcək. İndi belədir ki, rusların oradakı 5 illik missiyası başa çatandan sonra Azərbaycan bölgədə dövlət suverenliyini bərpa etməlidir. Amma biz Ermənistanın şərtini qəbul etsək, o halda faktiki surətdə biz keçmiş Dağlıq Qarabağın de-fakto müstəqilliyini tanımış oluruq.

Bunlar o şərti qoyurlar, sözsüz ki, Azərbaycan həmin şərtlərlə sülh sazişini imzalaya bilməz. Dövlət başçısı deyir ki, Qarabağ Azərbaycanın daxili işidir, biz oradakı ermənilərlə özümüz danışacağıq. Amma onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməlidirlər, digər məsələləri, onların təhlükəsizliyi, hüquqları ilə bağlı məsələləri müzakirə edə bilərik. Ermənistan isə buna razı olmur. Əslində Ermənistan sülh sazişindən qaçır. Çox təəssüf ki, ermənipərəst Qərb dairələrinin trolları qismində çıxış edən Azərbaycandakı bəzi siyasi partiyalar, bəzi özünü radikal müxalifətçi adlandıran şəxslər də Azərbaycan hökumətindən Ermənistanla sülh sazişi bağlamağı tələb edirlər. Əslində bununla dünya birliyinə mesaj verirlər ki, guya sülh sazişinin imzalanmamasının günahkarı Azərbaycandır. Yəni bunlar ermənilərə birbaşa xidmət eləmiş olurlar. Sonra da xalqa vətənpərvərlikdən danışırlar, vətənpərvərlik dərsi keçirlər. Halbuki bu adamlarin ipi kənar güclərin əlindədir və onlar da fit çalmaqla bunları istənilən vaxt istənilən bəyanatları verməyə məcbur edirlər, yönəldirlər.

– Vaxtaşırı belə məlumatlar yayılır ki, Azərbaycana təzyiqlər var. Necə bilirsiniz, təzyiqlər əsasən nələrlə bağlıdır?

– Bu gün Azərbaycana qarşı təzyiqlər onunla bağlıdır ki, Ermənistanın şərtləri ilə sülh sazişi imzalasın. Əlbəttə, buna getmək olmaz. Hesab edirəm ki, Azərbaycan bu məsələdə çox haqlıdır. Ermənistan bizim təklif etdiyimiz o 5 bənd əsasında sülh sazişini imzalamalıdır. Bu, olmayacağı təqdirdə… Yenə deyirəm, Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır. Biz bilirik ki, Xankəndidə dövlət suverenliyimizi bərpa edə bilməməyimiz orada rus sülhməramlılarının olması ilə bağlıdır. Həm də Azərbaycan öz üzərinə müəyyən öhdəlik götürüb ki, Rusiyanın köməkliyi ilə biz dinc yolla, yenidən hərbi əməliyyatlar keçirmədən oradakı erməni hərbi birləşmələrini tərk-silah edək, regiona sülh gəlsin, kommunikasiyalar bərpa olunsun.

– Rusiyanın bu sonluğu istədiyini güman edirsinizmi? Hətta Rusiyanın Azərbaycana qarşı məkrli planları müzakirə mövzusudur. Xocalı hava limanından təxribatçı uşuşlar da narahatlıq doğurur. Belə olan halda nə etməliyik?

– Çox təəssüf ki, Rusiya da buna maraqlı görsənmir. Rusiya münaqişənin davam etməsində maraqlıdır. O baxımdan da Rusiya Ermənistana heç bir formada təzyiq etmir. Yəni təzyiq etsəydi, çoxdan sülh sazişi imzalanardı. Ona görə də Rusiya ilə açıq danışmalıyıq. Azərbaycan bir az səbirli olmalıdır. Əgər Rusiya Azərbaycanın təkliflərinə razılıq verməsə, sülhməramlıların müddəti başa çatandan sonra – Rusiyaya burada özünü beynəlxalq aləmə haqlı təqdim etmək üçün hansısa bəhanə verməmək üçün – ən geci 2025-ci ildə Azərbaycan kənara boylanmadan, heç kimlə məsləhətləşmədən güc tətbiq etməlidir, digər əraziləri üzərində öz suverenliyini bərpa etməlidir. Əslində biz bununla, yəni Qarabağda suverenliyimizi bərpa etməklə Ermənistan liderlərinin də sülh sazişi imzalamasını asanlaşdıracağıq.

Bəlkə də bu dəqiqə Paşinyanın da könlündən keçir ki, Azərbaycan girsin o ərazilərə, suverenliyini bərpa eləsin, sonra mən sülh sazişini imzalayım. Yenə də deyirəm, indiki halda Ermənistanda heç bir lider sülh sazişini imzalamayacaq. Çünki imzalasa, ermənilər onu xəyanətdə ittiham edəcəklər, Qarabağı Azərbaycana “bağışlamış” siyasətçi kimi lənətlənəcəklər. Ona görə də Paşinyan tarixdə bu adla qalmaq istəmir. Ancaq o da istəyir ki, Azərbaycan Qarabağda öz suverenliyini bərpa eləsin və bununla regiona sülh gəlsin.

– Azərbaycan Laçın yolunda nəzarəti tam bərpa etsə də, hava yolu faktiki olaraq Rusiyanın nəzarətindədir. Rusiya hərbçilərinin Xocalı aeroportundan uçuşları intensivləşdirməsi ilə bağlı məsələlər necə tənzimlənməlidir?

– Bir daha söyləyirəm, faktiki olaraq keçmiş Dağlıq Qarabağa hazırda Rusiya nəzarət edir. Azərbaycan da çalışır ki, böyük qonşusu olan bu ölkə ilə münasibətləri gərginləşdirməsin. Biz istəyirik ki, bu məsələdə Rusiyanın xoş niyyəti olsun və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etsin. Təəssüf ki, Rusiya hələlik bunda maraqlı görünmür. Onlar bu cür əsaslandırırlar ki, Xocalı aeroportu vasitəsilə ərazidəki sülhməramlılara ərzaq, digər tələbat malları daşıyırlar. Mən belə hesab edirəm ki, 2025-ci ilədək Azərbaycan bu danışıqları davam etdirməlidir və təmkin nümayiş etdirməlidir.

Həm də biz bölgədə baş verən proseslərin nəticələrini gözləməliyik. Sabah bölgədə elə proseslər baş verə bilər ki, heç 2025-ci ili gözləməyə də ehtiyac qalmaz. Ona görə Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır. Amma bu təzyiqlər son dərəcə düşünülmüş və təmkinli olmalıdır. Hesab edirəm ki, İlham Əliyev nə etdiyini bilir və biz bu şansı qaçırmayacağıq. Azərbaycan Qarabağ üzərində öz dövlət suverenliyini, inşallah, bərpa edəcək.

– Bəs təminat varmı ki, Rusiya 2020-ci ilin noyabrında olduğu kimi, bir helikopterini qaldırıb təxribat törətməyəcək, daha 5 il bölgədə qalmaqdan ötrü Azərbaycana qarşı məkrli planı həyata keçirməyəcək?

– Rusiya çıxılmaz vəziyyətdə qalsa, bunu edə bilər. O vaxta baxmayın. 2020-ci ildə hələ Ukraynada savaş başlamamışdı, Rusiya onda çox güclü idi. İndi Rusiyanın hərbi potensialının 50 faizi Ukraynada məhv edilib. Həmçinin 2020-ci ildən sonra Şuşa Bəyannaməsi imzalanıb, Türkiyə ilə Azərbaycan daha da yaxınlaşıb, Azərbaycanın, Türkiyənin regionda və dünyada nüfuzu daha da artıb, Rusiyanın özünün Türkiyədən müəyyən mənada asılılığı var. Eyni zamanda Azərbaycan artıq özünü daha güclü, inamlı hiss edir. Ona görə də düşünmürəm ki, Rusiya o cür təxribatlara gedə bilər.

Əlbəttə, Azərbaycan tərəfindən hansısa addımlar atılarsa, o halda öz imicini qoruyub-saxlamaq üçün Rusiyanın reaksiya vermək ehtimalı var. Amma öz tərəfindən bu təxribatlar ehtimalı çox azdır. Odur ki, Rusiya sülhməramlılarının orada olduğu dönəmdə elə davranmalıyıq ki, Rusiya dövləti məcburiyyət qarşısında qalıb Azərbaycanla hərbi konfliktə girməsin. Ona görə də 2025-ci ili gözləməliyik. Yenə deyirəm, regionda elə geosiyasi dəyişikliklər baş verə bilər ki, Azərbaycan 2025-ci ili gözləməz. Bəlkə elə ruslar öz qoşunlarını götürüb gedəcəklər, biz sakitcə məsələləri həll edəcəyik. Amma birmənalı şəkildə erməni silahlı birləşmələrinə təzyiqlər davam etməlidir. Erməni separatçılarının istənilən artıq hərəkətinə, məsələn, silahlı hərbçilərin yerdəyişmə cəhdlərinə qarşı dərhal zərbələr endirilməlidir. 2025-ci ilədək onların canını almalıyıq. 2025-ci ildə bir tərs şapalaq vurmaqla məsələni yekunlaşdırmalıyıq, həmin müddətədək onların hərbi bazalarını dağıtmalıyıq, hərbi potensialını tam tükətməliyik. Ermənistanın Qarabağdakı 15-16 minlik ordusunun canını almalıyıq, yavaş-yavaş sıradan çıxartmalıyıq, tam demoralizasiya etməliyik. Onların döyüş ruhunu sındırmışıq, amma tamam sındırmalıyıq ki, 2025-də bu məsələyə çox asan şəkildə nöqtə qoya bilək.

Previous Post

“Sabah elə proseslər baş verə bilər ki, 2025-ci ili gözləməyə ehtiyac qalmaz” – Qüdrət Həsənquliyev

Next Post

Gəncədə metal toplayan kişinin üzərinə beton aşdı

Bənzər yazılar

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19

Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika...

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirəcəklər. Elchi.az "Dünya"...

Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00

ABŞ nümayəndələri Rusiyaya qınaq bəyanatları səsləndirmək üçün deyil, ciddi müzakirələr aparmaq məqsədilə gəlirlər. Elchi.az xəbər verir ki, bunu Rusiya xarici...

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ nümayəndələri Birləşmiş Ştatlarda dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsinə son qoymaq...

Next Post
Gəncədə metal toplayan kişinin üzərinə beton aşdı

Gəncədə metal toplayan kişinin üzərinə beton aşdı

Gəncədə metal toplayan kişinin üzərinə beton aşdı

Gəncədə metal toplayan kişinin üzərinə beton aşdı

Son xəbərlər

Məşhur türkiyəli aktyor narkotik əməliyyatı çərçivəsində saxlanılıb

Məşhur türkiyəli aktyor narkotik əməliyyatı çərçivəsində saxlanılıb

18 Sentyabr 2026 - 17:26
Milanda “iPhone 18” satışları etiraz aksiyaları ilə başlayıb

Milanda “iPhone 18” satışları etiraz aksiyaları ilə başlayıb

18 Sentyabr 2026 - 17:15
U-15 dünya çempionatı: Azərbaycan millisinin rəqibləri bəlli oldu

U-15 dünya çempionatı: Azərbaycan millisinin rəqibləri bəlli oldu

18 Sentyabr 2026 - 17:08
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 16:59
Makron: Fransa kritik vacib obyektlərin PUA və kiberhücumalardan qorunmasını hazırlayacaq

Makron: Fransa kritik vacib obyektlərin PUA və kiberhücumalardan qorunmasını hazırlayacaq

18 Sentyabr 2026 - 16:47
Azərbaycanda 3 tam orta məktəbin tikintisi üçün 20,3 milyon manat ayrıldı

Azərbaycanda 3 tam orta məktəbin tikintisi üçün 20,3 milyon manat ayrıldı

18 Sentyabr 2026 - 16:35
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək

Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək

18 Sentyabr 2026 - 16:29
FHN Hospitalı beynəlxalq elmi platformada təmsil olunub

FHN Hospitalı beynəlxalq elmi platformada təmsil olunub

18 Sentyabr 2026 - 16:22
General-mayor İsgəndər Allahverdiyev dəfn olundu – YENİLƏNDİ

General-mayor İsgəndər Allahverdiyev dəfn olundu – YENİLƏNDİ

18 Sentyabr 2026 - 16:14
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb

Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb

18 Sentyabr 2026 - 16:03
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

18 Sentyabr 2026 - 15:41
TDT-nin inkişafı təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsindən keçir

TDT-nin inkişafı təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsindən keçir

18 Sentyabr 2026 - 14:36
“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

18 Sentyabr 2026 - 14:31
Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

18 Sentyabr 2026 - 12:27
Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb

18 Sentyabr 2026 - 12:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.