İyunun 18-i saat 03:20-dən 04:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər və Şəmşəddin rayonları istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat növbəti yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Elchi.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.
Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan
Ermənistan Azərbaycan ərazisindən, o cümlədən Naxçıvandan keçməklə İrana dəmir yolu bağlantısı əldə edə bilər. Elchi.az xəbər verir ki, bunu Ermənistanın...





















Son şərhlər