"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Brüssel görüşündə tarixi qərar: Ərazi bütövlüyü tanındı

15 May 2023 - 17:44
in Cebhe-banner, MANŞET
FacebookVatsap

14 may tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutdu.
Sayca beşinci olan görüşü iki ölkə arasında münasibətlərin normallaşması, gündəliyin irəliləməsi baxımından faydalı və konstruktiv hesab etmək olar.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

9 aylıq fasilə

İlk növbədə onu qeyd etmək lazımdır ki, müxtəlif müdaxilə və pozuculuq cəhdlərinə görə, “Brüssel formatı”nda görüşlər 9 aya yaxın bir müddətdir keçirilmirdi.
Müxtəlif müdaxilə və pozuculuq cəhdi deyərkən, söhbət Fransanın prosesə müdaxiləsində gedir. Rəsmi Paris hər vəchlə “Brüssel formatı”nda iştirak etmək, sanki onun moderatorluğu ilə təşkil edilibmiş kimi təəssürat yaratmağa çalışırdı. Məhz rəsmi Parisin bu müdaxilələri fonunda Bakı görüşlərdən imtina etmişdi.
Bütün bunlara baxmayaraq 9 aylıq fasilədən sonra “Brüssel formatı”nda görüşlərin yenidən başlaması və əldə edilən nəticələr formatın sülh prosesi üçün ən uyğun format olduğunu bir daha sübut edir.

“Alma-Ata Bəyannaməsi”nə sadiqlik

Görüşün ən diqqətçəkən məqamı tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunun bəyan etmələri oldu.
Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadrat kilometr və Azərbaycanın 86,600 kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər.
Prinsip etibarilə rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə hörmət edir və tanıyır. Eyni qaydada Azərbaycan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə zidd heç nə etməyib. Ermənistan isə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək bu Bəyannaməni pozan tərəf idi.
İndiki məqamda rəsmi Bakının bəyannaməni qəbul edib Ermənistanın ərazi bütövlüyünü tanıması simvolikdir. Lakin Ermənistanın məhz Brüsseldə bunu qəbul etməsi vacibdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf etdi.
Ermənistan bundan sonra Azərbaycana ərazi iddiası ilə çıxış etsə və ya sərhəddə gərginlik yaratsa Qərb rəsmi Bakını atacağı addımlara görə asanlıqla tənqid edə bilməyəcək. Çünki Ermənistan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri pozmuş olacaq.
Prinsip etibarilə tərəflərin “Alma-Ata Bəyannaməsi”nə əsaslanması həm də sərhədlərin delimitasiyasını tezləşdirə bilər. Hər halda sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Zəngəzur dəhlizi

Görüşün diqqətçəkən məqamlarından digəri də şübhəsiz Zəngəzur dəhlizi ilə bağlıdır. Şarl Mişel görüş zamanı tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olduğunu qeyd edib.
“Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.
Bunu bu və ya başqa formada Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyasının Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu kimi qiymətləndirmək olar.
Prinsip etibarilə Ermənistan ilə Azərbaycan arasında gərginliyin azalması, əlaqələrin normallaşması Aİ maraqlarına uyğundur. Aİ yaxşı bilir ki, rəsmi Bakının regionda yeni nəqliyyat və enerji layihələri icra etmək kimi planları var. Bu planların icrası önündə ən böyük maneə Ermənistandır.
Yeni enerji layihələrinin icrası Avropanın enerji asılılığından xilası baxımdan olduqca vacibdir. Bu mənada Aİ Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə ortaq maraqlara sahibdir.

Qarabağ ermənilərinin hüquqları

Şarl Mişel görüş zamanı tərəflərin Qarabağda yaşayan ermənilərin hüquqlarından danışdığını qeyd edib. Mişelin dediklərindən diqqətçəkən əsas məqam görüş zamanı yalnız Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi”ndən, Bakının bu qrup insanlarla açıq dialoqundan danışmasıdır. Yəni danışıqlar zamanı heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən söhbət getməyib.
Prinsip etibarilə rəsmi Bakı Qarabağda yaşayan ermənilər ilə dialoqa başlayıb. Bu istiqamətdə Xocalıda bir görüş də təşkil edilib. Hətta növbəti görüş yeri kimi Bakı şəhəri təklif edilib və 3 dəfə müraciət ünvanlayıb. Lakin bu görüşlərdən yayınan erməni tərəfidir.
Rəsmi Bakının bu məsələni beynəlxalq mexanizmlə həll etməsi müzakirə mövzusu belə deyil. Azərbaycanın daxili məsələsi yalnız onu maraqlandırmalıdır. Brüssel görüşündə bundan öncə olduğu kimi bundan sonra da yalnız Ermənistan-Azərbaycan sülh gündəliyi, münasibətlərin normallaşması müzakirə edilməlidir.

Turan Rzayev

Previous Post

Brüssel görüşündə tarixi qərar: Ərazi bütövlüyü tanındı

Next Post

Xarici ölkələrdə səsvermə prosesi nə vaxt başlayır?

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14

İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Next Post
Xarici ölkələrdə səsvermə prosesi nə vaxt başlayır?

Xarici ölkələrdə səsvermə prosesi nə vaxt başlayır?

Xarici ölkələrdə səsvermə prosesi nə vaxt başlayır?

Xarici ölkələrdə səsvermə prosesi nə vaxt başlayır?

Son xəbərlər

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

12 Sentyabr 2026 - 11:21
Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

12 Sentyabr 2026 - 11:05
Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

12 Sentyabr 2026 - 10:30
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20
Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17
Nyu-York birjasında təbii qazın qiyməti azalıb

Nyu-York birjasında təbii qazın qiyməti azalıb

12 Sentyabr 2026 - 10:04
Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.