"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Qafarova Ermənistanın ekoloji terrorundan danışdı

31 Mart 2023 - 10:08
in SİYASƏT
FacebookVatsap

Bütün ölkələr indiki və gələcək nəsillər naminə ətraf mühiti qorumaq üçün mənəvi və hüquqi öhdəlik daşıyırlar. Lakin təəssüf ki, heç də bütün ölkələr bu öhdəliklərə əməl etmir.

Bunu da oxuyun

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxışındə deyib.

Spiker Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu” mövzusunda keçirilən yüksək səviyyəli iclasda iştirak edib.

Yüksək səviyyəli iclas Türkiyənin Birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülmüş “Sıfır tullantı” təşəbbüsü əsasında qəbul olunmuş BMT Baş Assambleyasının qətnaməsinə həsr edilib.

Tədbirdə çıxış edən Əminə Ərdoğan insanların planetimizdə balanslı və ölçülü şəkildə dərin bağlara malik mövcud rəngarəngliyin bir parçası olduğunu söyləyib:

“Bu baxımdan milyonlarla canlıya ev sahibliyi edən Yer üzünün gələcək davamlılığına həssaslıqla yanaşmalıyıq. Planetimizi qorumaq hər birimizin məsuliyyətidir. Tullantılar, iqlim dəyişikliyi, ərzaq qıtlığı və bu kimi digər qlobal problemlərə diqqət çəkərək bildirim ki, bəşəriyyət olaraq birlikdə bu problemlərə qarşı mübarizə aparmalıyıq. Bütün digər məsələlərdə olduğu kimi, bu məsələlərdə də dünya beşdən böyükdür”.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Tədbirin çox aktual bir mövzuya həsr olunduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bəşəriyyətin üzləşdiyi bütün ciddi problemlər sırasında ətraf mühitin qorunması çox böyük əhəmiyyət kəsb edir. O, vurğulayıb ki, indiki və gələcək nəsillər naminə dünyanın daha yaxşı hala gətirilməsi bizim ortaq məsuliyyətimizdir.

Sahibə Qafarova, bu mənada Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülən “Sıfır tullantı” təşəbbüsünün önəmini qeyd edib.

O, 2017-ci ildə milli səviyyədə irəli sürülən bu təşəbbüsün hazırda BMT Baş Assambleyasının qətnaməsi şəklində dünya miqyasında dəstək qazanmasını təqdir edərək, Azərbaycanın bu qətnaməyə dəstəyini onun həmmüəllifi olmaqla nümayiş etdirdiyini diqqətə çatdırıb.

Eyni zamanda Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyeva “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”ni imzalayıb.

Çıxışda qeyd olunub ki, ətraf mühitin mühafizəsinə bütün elementlərin geniş tətbiqi ilə kompleks yanaşma uğura aparan yeganə səmərəli yoldur. Bu mənada, Dayanıqlı İnkişaf Məqsədləri ümumi hədəflərimizə çatmaq üçün mühüm çərçivədir.

Bu məsələnin Azərbaycan üçün də prioritet təşkil etdiyini bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, ölkəmizdə qəbul olunan milli plan və strategiyalar ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə, Dayanıqlı İnkişaf Məqsədlərinin prioritet və hədəflərinə uyğunlaşdırılıb. Belə ki, təmiz ətraf mühit və yaşıl inkişaf 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edilib. 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında tullantıların səmərəli idarə edilməsi sisteminin daha da inkişaf etdirilməsi, tullantıların məlumat bazasının və elektron informasiya sisteminin yaradılması, tullantıların təkrar emalının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, bütün ölkələr indiki və gələcək nəsillər naminə ətraf mühiti qorumaq üçün mənəvi və hüquqi öhdəlik daşıyırlar. Lakin təəssüf ki, heç də bütün ölkələr bu öhdəliklərə əməl etmir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi və qoruqlarımızı məhv edib, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpaqları və çayları, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirib.

Azərbaycan 2020-ci ildə ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhərlər və kəndlər”, “yaşıl enerji”, “sıfır emissiya” və “sıfır tullantı” konsepsiyalarına uyğun olan ekoloji cəhətdən dayanıqlı şəhər və kəndlər salınır. Və bu yanaşmanın ilk uğurlu nümunəsi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndidir.

Çıxşının sonunda spiker bir daha tədbirin əhəmiyyətini qeyd edib və iclasın işinə uğurlar arzulayıb.

Previous Post

Qafarova Ermənistanın ekoloji terrorundan danışdı

Next Post

İsrail İrana nəzarət etmək üçün casus peyki buraxdı

Bənzər yazılar

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

26 Avqust 2026 - 22:50

Türkiyənin xarici işlər naziri Hakan Fidan YPG-nin (PKK terror təşkilatının Suriya qolu - red.) ləğv edilməsi ilə bağlı jurnalistlərə açıqlama...

Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

26 Avqust 2026 - 18:38

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir...

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

26 Avqust 2026 - 18:21

Avqustun 26-da Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Ziroat Mirziyoyeva Mehriban Əliyevanı...

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

26 Avqust 2026 - 18:12

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Elchi.az xəbər...

Next Post
Çin kosmosa peyk göndərdi

İsrail İrana nəzarət etmək üçün casus peyki buraxdı

Çin kosmosa peyk göndərdi

İsrail İrana nəzarət etmək üçün casus peyki buraxdı

Son xəbərlər

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12
Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09
Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

26 Avqust 2026 - 22:52
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

26 Avqust 2026 - 22:50
Azərbaycanda 2389 məscid var

Azərbaycanda 2389 məscid var

26 Avqust 2026 - 22:35
Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

26 Avqust 2026 - 22:33
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

26 Avqust 2026 - 22:31
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

26 Avqust 2026 - 20:18
Cəlilabadda zəlzələ baş verib

Cəlilabadda zəlzələ baş verib

26 Avqust 2026 - 20:15
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

26 Avqust 2026 - 20:13
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

26 Avqust 2026 - 20:11
53 nömrəli marşrutun istiqaməti dəyişib

53 nömrəli marşrutun istiqaməti dəyişib

26 Avqust 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.