"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Qərbi Azərbaycan İcmasından Avropa Parlamentinin qətnamələrinə ETİRAZ

18 Mart 2023 - 12:00
in GÜNDƏM, MÖVQE, ÖNƏMLİ, SİYASƏT
FacebookVatsap

Avropa Parlamenti 2023-cü il 15 mart tarixində Avropa İttifaqının Azərbaycan və Ermənistan ilə əlaqələrinə dair qətnamələr qəbul edib.

Bunu da oxuyun

Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

İlk öncə qeyd edək ki, insan hüquqlarının Ermənistan tərəfindən sistemli şəkildə pozulmasından əziyyət çəkən İcma olaraq biz insan hüquqları və regional təhlükəsizlik sahəsində beynəlxalq prosesləri çox diqqətlə və xüsusi həssaslıqla izləyirik.
Sülh, təhlükəsiz və insan hüquqları kimi məsələlərin əks olunduğu sözügedən qətnamələr Ermənistanın zorakılıq yolu ilə qovduğu azərbaycanlıların təmsilçisi olan İcmamız üçün birbaşa maraq kəsb edir.

Avropa İttifaqının əsas orqanlarından biri kimi, Avropa Parlamentinin üzərinə İttifaqın əsas sənədlərində ayrı-seçkilik olmadan insanların bərabərliyi və insan hüquqlarının aliliyinin təşviq edilməsinə dair müddəaların yerinə yetirilməsi sahəsində mühüm vəzifələr düşür. Avropa İttifaqı insan hüquqlarının təşviq edilməsi missiyasını könüllü şəkildə öz üzərinə götürüb və prinsip etibarı biz bunu alqışlayırıq.

Lakin təəssüflə qeyd etməliyik ki, Avropa Parlamentinin indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsində fəaliyyət göstəriciləri çox aşağıdır və hətta zərərlidir.

Hələ 1988-ci ildə – Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına göz yummuşdur. İlk dövrlərdə bunun Avropa parlamentarilərinin məlumatsızlığı və Ermənistan yönümlü lobbi qurumlarının fəaliyyəti ilə bağlı olduğunu güman edirdik.

Lakin sonra məlum oldu ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda onun tutduğu mövqe Ermənistanın mövqeyindən də radikal olmuşdur.

Təəssüf ki, Avropa Parlamenti 2023-cü il martın 15-də qəbul etdiyi qətnamələrlə öz zərərli ənənəsini davam etdirmişdir.

Ermənistanın yoxlanılmış və yoxlanmamış bütün iddialarının hər birinə gen-bol yer verən qətnamə müəlliflərinin yaxın keçmişdə azərbaycanlıların sayca üstünlük təşkil etdiyi indiki Ermənistan ərazisində indi bir nəfər də olsun azərbaycanlının qalmaması, orada Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susmaları açıq-aşkar qərəzdir.
Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişənin əsas səbəbinin Ermənistanın ksenofobik və ərazi ekspansiyası siyasəti olduğu, Ermənistanın öz ərazisindən bütün azərbaycanlıların qovması olduğu halda, qətnamələrdə ilkin səbəb barədə uydurma iddialar səsləndirilir. Azərbaycan ərazisində yaşamaqda olan ermənilər üçün beynəlxalq sülhməramlı əməliyyat, beynəlxalq qarantiya mexanizmləri tələb edilən qətnamələrdə, nədənsə eyni tələb Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürülmür. Qətnamələrdə Ermənistanın öz ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməyə guya hazır olması kimi ağ yalan əks etdirilmişdir. Əslində Ermənistan bu missiyanı qəbul etməkdən imtina edir.

Ermənistana aid qətnamənin “İnsan hüquqlarına və fundamental azadlıqlarına hörmət” adlı hissəsində bu ölkənin qanuni sakinləri olan və etnik ayrı-seçkilik əsasında qovulmuş azərbaycanlıların hüquqları barədə bir kəlmə də olsun qeyd yoxdur. Etnik təmizləmə yolu ilə monoetnik əraziyə çevrilmiş Ermənistana münasibətdə belə yanaşma onun apardığı ayrı-seçkiliyə açıq-aşkar dəstək deməkdir.

Qətnamədə eynilə Ermənistan hökuməti kimi, Qərbi Azərbaycan termini ilə bağlı irad bildirilir. Bununla əlaqədar vurğulamaq istərdik ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95 faizindən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, müəyyən maraqları irəlilətməkdir. Biz qeyd etməliyik ki, istənilən qurumun beynəlxalq səviyyədə öz marağını müdafiə etməkdə sərbəst olduğunu qəbul edirik. Avropa Parlamenti də bu mənada istisna təşkil etmir. Lakin biz Avropa Parlamentinin müəyyən dairələrin azərbaycanfob yanaşmalarını irəlilətmək üçün insan hüquqları kimi ülvi dəyərlərdən sui-istifadə etməsinə razı ola bilmərik.

Biz Avropa Parlamentini qərəzli yanaşmadan əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq. Bu məqsədlə Avropa Parlamentinin bizim Avropa İttifaqı Şurasının Prezidentinə göndərdiyimiz müraciətə uyğun olaraq, Avropa İttifaqının Ermənistandakı missiyasının öz mandatı əsasında aşağıdakıların yerinə yetirilməsini təşviq etməsini xahiş edirik:

• Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsizliyinə töhfə vermək;

• Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;

• Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidələrini ziyarət edə bilmələrinə şərait yaratmaq;

• İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülki şəxslərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli, Uşaqlar və silahlı münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.
Nəhayət, biz İcma olaraq “Avropa İttifaqı – Ermənistan əlaqələrinə dair” (P9_TA(2023)0081, 2021/2230(INI)) qətnamədə tövsiyə edilən, barışıq naminə həqiqətlərin araşdırılması üzrə birgə səylərdə iştirak etməyə hazır olduğumuzu ifadə edirik.

Previous Post

Qərbi Azərbaycan İcmasından Avropa Parlamentinin qətnamələrinə ETİRAZ

Next Post

Sərhəd-buraxılış məntəqələrində ləngimələr yarandı

Bənzər yazılar

Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

02 Noyabr 2026 - 17:10

2 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib....

Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

02 Noyabr 2026 - 12:11

Bu gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri Luis Morsinq ilə görüşüb. Elchi.az xəbər verir...

Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

02 Noyabr 2026 - 12:00

“Böyük ehtimalla TRIPP infrastrukturlarına görə Ermənistan-Azərbaycan sərhədlərində fövqəladə delimitasiya işləri həyata keçiriləcək”. Elchi.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin...

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11

Manamada Bəhreyn və İordaniya arasında Birgə Ali Komitənin 23-cü iclası keçirilib. Elchi.az xəbər verir ki, toplantı Bəhreyn Müdafiə Qüvvələrinin Baş...

Next Post
Sərhəd-buraxılış məntəqələrində ləngimələr yarandı

Sərhəd-buraxılış məntəqələrində ləngimələr yarandı

Sərhəd-buraxılış məntəqələrində ləngimələr yarandı

Sərhəd-buraxılış məntəqələrində ləngimələr yarandı

Son xəbərlər

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26
Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

02 Noyabr 2026 - 17:18
Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

02 Noyabr 2026 - 17:10
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

02 Noyabr 2026 - 17:00
Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

02 Noyabr 2026 - 16:51
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

02 Noyabr 2026 - 16:44
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

02 Noyabr 2026 - 16:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.