Avropa Birliyi İranın məcburi etiraflar yayımlayan bir sıra media orqanlarına sanksiyalar tətbiq edib.
Elchi.az xəbər verir ki, sanksiya çərçivəsində “Utelsat” peyk kanalı İranın Dövlət Radio və Televiziya Şirkətinə tabe Press TV kanalının yayımını dayandıracağını açıqlayıb.
Avropa Birliyinin sanksiyalarının nəticələrini qiymətləndirən “Utelsat” İranda insan haqlarının pozulmasında rol oynayan Press TV kanalının rəhbərliyi ilə əlaqə saxlayaraq, kanalın verilişlərinin yayımını tezliklə dayandıracağını bildirib.
Qeyd edək ki, Press TV həm də İran hökumətinin ingilis dilində ideoloji təbliğat vasitələrindən biri sayılır.
Prezident və birinci xanım Liderlər Sammitində iştirak edirlər
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir. Elchi.az xəbər verir...




















Son şərhlər