Rusiya müharibə başladandan bəri yüzlərlə ukraynalı mülki şəxsi edam edib.
Elchi.az xəbər verir ki, bunu BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner deyib.
“Martın 5-dən 30-dək rus qoşunlarının nəzarətində olan Kiyev yaxınlığındakı Buça şəhərində 73 dinc sakinin öldürülməsini sənədləşdirib. Ölənlər arasında 54 kişi, 16 qadın, 2 oğlan və 1 qız var. Daha 105 iddia edilən qətl faktı təsdiqlənmə mərhələsindədir. BMT indi təkcə Rusiyanın işğalının ilk 6 həftəsində üç regionda 441 mülki şəxsin (341 kişi, 72 qadın, 20 oğlan və 8 qız) zorakılıqla öldürülməsini sənədləşdirib”,- o bildirib.
O qeyd edib ki, Ukraynanın Kiyev, Çerniqov və Sum bölgələrinin işğalı zamanı baş vermiş daha 198 qətlin təsdiqlənməsi istiqamətində işlər davam etdiyi üçün faktiki rəqəmlərin daha çox olacağı ehtimalı var:
“İşğalçılar tərəfindən edam edilən bütün qurbanların 88%-i kişi və oğlanlardır”.
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib
İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə tam hazırdır. Elchi.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun...





















Son şərhlər