ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətinin xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər.
Elchi.az xəbər verir ki, bu barədə senator Rocer Uikerin rəsmi saytında məlumat verilib.
Məlumata görə, layihə Nümayəndələr Palatasında müzakirə olunacaq.
“ABŞ senatorları Rocer Uiker və Ben Kardin bu gün Dövlət Departamentinin “Vaqner” özəl hərbi şirkətini xarici terror təşkilatı kimi tanımasını tələb edən “Rus muzdlularının məsuliyyətə cəlb olunması haqqında” Qanunu təqdim etdilər”, – məlumatda qeyd olunub.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər