"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Elçin Əmirbəyov Meksikaya getdi

26 Noyabr 2022 - 10:06
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksika Birləşmiş Ştatlarına səfər edib.

Bunu da oxuyun

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

Azərbaycanın Meksikadakı səfirliyindən Elchi.az-a verilən məlumata görə, səfər çərçivəsində Elçin Əmirbəyov Meksika Xarici Əlaqələr nazirinin siyasi məsələlər üzrə müavini xanım Karmen Moreno Toskano, Meksika Senatının sədri Alexandro Armenta Mier, Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda, eləcə də Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, bu ölkənin aparıcı beyin mərkəzlərinin üzvləri və nüfuzlu KİV-in nümayəndələri ilə görüşüb, çoxsaylı müsahibələr verib.

Görüşlər zamanı Elçin Əmirbəyov ölkəmizin BMT TŞ qətnamələrinə uyğun olaraq 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın Ermənistanın işğalında olmuş ərazilərini azad edərək öz ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri, orada tikilən “ağıllı şəhərlər” və “ağıllı kəndlər”, qısa müddət ərzində inşa edilən hava limanları, icra edilən infrastruktur və nəqliyyat layihələri barədə ətraflı məlumat verib.

Həmçinin, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün hazırda ciddi maneələrin olduğunu, həmin ərazilərin Ermənistan tərəfindən kütləvi minalandığını, hətta iki il bundan əvvəl İkinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 270-ə yaxın azərbaycanlının həlak olduğunu və ya yaralandığını diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycan ərazilərinin erməni silahlı dəstələri tərəfindən hələ də qanunsuz olaraq minalanmağa davam etdirildiyi, bir neçə gün öncə Sarıbaba yüksəkliyinin şimal istiqamətində yerləşən ərazidən 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd piyada əleyhinə minanın aşkar edilməsinin bunun əyani sübutu olduğu vurğulanıb.

Təcavüz, soyqırımı, etnik təmizləmə və çoxsaylı müharibə cinayətlərinin qurbanı olduqdan sonra belə, Azərbaycanın regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərdiyini, həmçinin regionda təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlər həyata keçirdiyini qeyd edən Elçin Əmirbəyov, bu xüsusda Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı da daxil olan 5 prinsip əsasında hazırlanmış sülh sazişinin imzalanmasının təklif edildiyini bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlardan onun sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar.

Görüşlərdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, xüsusilə siyasi, iqtisadi-ticari sahələrdə əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə və yeni səviyyəyə yüksəltmək üçün böyük imkanlar yaradacağı diqqətə çatdırılıb. Nümayəndəmiz həmçinin, keçmiş münaqişə dövründə Meksika hökumətinin nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirib və bundan sonra da Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində Meksika tərəfindən dəstək göstəriləcəyinə ümidvar olduğunu qeyd edib.

Meksika rəsmiləri Azərbaycan Prezidentinin nümayəndəsinin səfərinin ikitərəfli münasibətlərə sözsüz ki, müsbət təsir edəcəyini bildirib və Azərbaycan hökumətinin Meksika ilə münasibətlərə göstərdiyi bu diqqətə görə məmnunluqlarını izhar ediblər

Meksika Xarici Əlaqələr nazirinin müavini xanım Karmen Moreno Toskano Azərbaycan ilə Meksika arasında əməkdaşlığın, xüsusilə, iqtisadi-ticari, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün lazımi potensialın mövcud olduğunu bildirib. O, Meksikanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Cənubi Qafqazda sülh prosesinə dəstəyini davam etdirəcəyinə əminliyini bildirib və Azərbaycanın regionda davamlı sülhə nail olacağına ümidini ifadə edib.

Meksika Senatının sədri Alexandro Armenta Mier Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, əsasən hər iki ölkənin mədəni və ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Meksikanın daima beynəlxalq hüquq normalarından çıxış etdiyini qeyd edən Senator, regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Meksika Senatı tərəfindən dəstəkləndiyini qeyd edib.

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migel Anxel Navarrete Azərbaycanın Meksika üçün daima dost ölkə olduğunu, Mexiko şəhərinin Tlakskoake meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin, eləcə də Mexiko şəhərinin mərkəzi küçələrinin birində salınmış Meksika-Azərbaycan Dostluq Parkının bunun bariz nümunəsi olduğunu qeyd edib. Deputat həmçinin, öz əzəli torpaqlarını erməni işğalından azad etdikdən sonra qısa müddət ərzində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasının təmin edilməsi məqsədilə, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması istiqamətində əldə etdiyi nailiyyətlərin, o cümlədən, sadəcə iki il müddətində həmin ərazilərə “ağıllı şəhərlərin” salınmasının, iki beynəlxalq hava limanının tikilməsinin təqdirəlayiq olduğunu bildirib.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Xavyer Kasige Zarate Meksikanın daima beynəlxalq hüququn prinsiplərinə sadiq olduğunu bildirərək, regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən atılan konstruktiv addımların da Meksika hökuməti tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.

Meksika Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib, Meksika hökumətinin daima dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını və davamlı sülhün tərəfdarı olduğunu nəzərə alaraq, bu məsələdə də Azərbaycan hökumətini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Previous Post

Elçin Əmirbəyov Meksikaya getdi

Next Post

Neft ucuzlaşdı

Bənzər yazılar

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. Elchi.az...

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

11 Noyabr 2026 - 17:05

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə...

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

11 Noyabr 2026 - 16:28

Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur. Elchi.az xəbər verir ki, pavilyon Heydər Əliyev Fondu ilə...

Bu ölkə Azərbaycanda səfirlik açır

Bu ölkə Azərbaycanda səfirlik açır

11 Noyabr 2026 - 14:07

Keniya xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində Bakıda səfirlik açacaq. Elchi.az xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər...

Next Post
Azərbaycan neftinin qiyməti ay ərzində 1,8% artıb

Neft ucuzlaşdı

ABŞ-ın Suriyadakı bazasına raketlə zərbə endirildi

ABŞ-ın Suriyadakı bazasına raketlə zərbə endirildi

Son xəbərlər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

11 Noyabr 2026 - 17:58
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45
Dirk Kuyt “Fənərbağça”dan getdi

Dirk Kuyt “Fənərbağça”dan getdi

11 Noyabr 2026 - 17:36
Dünya bazarında ət ucuzlaşıb

Dünya bazarında ət ucuzlaşıb

11 Noyabr 2026 - 17:24
Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

11 Noyabr 2026 - 17:12
COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

11 Noyabr 2026 - 17:05
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başladı

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başladı

11 Noyabr 2026 - 16:56
Məşhur Formula-1 pilotu saçlarını İtaliya bayrağının rənglərinə boyatdı

Məşhur Formula-1 pilotu saçlarını İtaliya bayrağının rənglərinə boyatdı

11 Noyabr 2026 - 16:49
Uitkoff və Kuşner Moskvada Putinlə görüşəcəklər

Uitkoff və Kuşner Moskvada Putinlə görüşəcəklər

11 Noyabr 2026 - 16:35
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

11 Noyabr 2026 - 16:28
Dünyada ərzaq bahalaşıb

Dünyada ərzaq bahalaşıb

11 Noyabr 2026 - 16:16
Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib

11 Noyabr 2026 - 16:08
Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

11 Noyabr 2026 - 16:00
Trampın vida məktubu dərc olunub

Trampın vida məktubu dərc olunub

11 Noyabr 2026 - 15:53
Azərbaycanlı turistlərin xaricdəki xərcləri 6 %-ə yaxın azalıb

Azərbaycanlı turistlərin xaricdəki xərcləri 6 %-ə yaxın azalıb

11 Noyabr 2026 - 15:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.