Rusiya Federasiyası Dövlət Dumasının hakim “Vahid Rusiya” fraksiyasının üzvü Yevgeni Fedorov Ermənistanı qeyri-qanuni dövlət adlandırıb.
Elchi.az xəbər verir ki, o, bu barədə Rusiya KİV-lərindən birinə müsahibəsində deyib.
“Ermənistan SSRİ-dən qanuni yolla çıxdı? Yox. Deməli, bu, qeyri-qanuni dövlət qurumudur”, – o bildirib.
Rusiyalı deputat Oxu.az-a müsahibəsində isə fikrini belə əsaslandırıb:
“Ermənistan həqiqətən də SSRİ-dən qeyri-qanuni şəkildə çıxıb – bunu bir daha deyirəm, bu, faktdır. SSRİ-nin 1409 saylı qanununun proseduruna əməl edilmədi, xalq deputatları qurultayının qərarı yox idi. Yəni bu, qeyri-qanuni çıxışdır və qeyri-qanuni olduğu üçün sonradan dövlətçiliyin yaradılması qeyri-qanunidir. Mən əslində bundan danışdım. Və bu nəzərə alınmalıdır”.
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib
İran Norveçin Tehrandakı səfirini çağıraraq, ölkəni "Starlink"in İran ərazisindəki icazəsiz fəaliyyətinə qarşı zəruri tədbirlər görməməkdə ittiham edib. Elchi.az xəbər verir...





















Son şərhlər