“Son günlər aşağı instansiya məhkəməsinin, yumşaq desək ziddiyyətli bir qərarına istinadən yazılmış böhtan xarakterli materialın yayılmasından sonra bu işə birbaşa aidiyyatı olan Yusif Cabbarovun, SOCAR AQŞ və Nobel Energy şirkətlərinin susması, heç bir reaksiya verməməsi onların dürüstlükdən uzaq olmalarını və yalana, böhtana şəriklik etmələrini göstərir”.
Bu sözlər son günlər dövri mətbuatda haqqında yalan və böhtan xarakterli yazılar dərc etdirilən SOCAR AQŞ-nin sabiq direktoru Ramin İsayev barəsində redaksiyamıza ünvanlanan məktubda bildirir.
Ramin İsayev kimdir?
İnternet üzərindən axtarış etdikdə və Vikepedik məlumatlara nəzər saldıqda məlum olur ki, Ramin İsayev beynəlxalq neft-qaz sənayesində uzun müddət rəhbər vəzifələrdə çalışmış və Azərbaycanın ən uğurlu biznes idarəçilərindən biridir. Ramin İsayev ilk və yeganə Azərbaycanlıdır ki, son illər dünyanın 1-ci və 2-ci universitetləri kimi tanınan məşhur Harvard Universiteti və MİT-i uğurla bitirib, sonralar həmin universitetlərin Məşvərət Şuralarının üzvü olub. SOCAR AQŞ şirkətinin və Turan Qazma və Mühəndislik Xidmətləri Birgə Müəssisənin qurucusu olub. Qeyd edək ki, hər iki müəssisə bu gün də Azərbaycanda qazma sahəsində öncül nəhəng şirkətlərdir: SOCAR AQŞ Azərbaycanda və beynəlxalq miqyasda iri qazma layihələri həyata keçirir, Turan Birgə Müəssisəsi isə BP şirkətinin Xəzər dənizində operatoru olduğu bütün platformalardan qazma işlərini uğurla həyata keçirir. Ramin İsayevin rəhbərliyi altında SOCAR AQŞ sıfırdan yaradılıb və dəyəri 2 milyard dollar olan şirkətə çevrilib, hər il də səhmdarlara yüz milyonlarla manat dividend ödəyib. Ramin İsayevin rəhbərliyi ilə Azərbaycanda milli qazma sənayesində bir çox ilklərə imza atılıb, o cümlədən Azərbaycanda ilk olan horizontal quyu və yenə də ilk olan çoxşaxəli quyular qazılıb. Bu quyular Ümid yatağının kəşfində və uğurla işlənməsində müstəsna rol oynayıb, Bulla Dəniz, Dayazsulu Günəşli və Qərbi Abşeron yataqlarının işlənməsində inqilabi texnologiyaların tətbiqinə nail olunub və Azərbaycan qazmasının dünya miqyasında tanınması və inteqrasiyası sahəsində böyük nailiyyətlər əldə edilib. Ramin İsayevin qazma sahəsindəki xidmətləri Dövlət tərəfindən də yüksək qiymətləndirilib və Azərbaycan Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilib. Ramin İsayev həm də ölkəmiz üçün müasir kadr hazırlığı sahəsində də ciddi nailiyyətlər əldə edib: səkkiz il ölkəmizin bir neçə universitetində təmənnasız dərs deyib, bir neçə iqtisadi və texniki kitabı ingilis dilindən Azərbaycan dilinə çevirib və onlarla Azərbaycanlı gəncin dünyanın ən qabaqcıl texniki universitetlərində təhsil almasına kömək edib.
Böhtan kampaniyası çərçivəsində yazılan yazıda SOCAR AQŞ-nin qurucusu və on iki il yarım rəhbəri olmuş Ramin İsayev haqqında olan faktlar saxtalaşdırılmış və böhtan xarakterli yazının tirajlanmasına cəhd edilmişdir. Biz yalnız sənədlərə, faktlara və rəqəmlərə istinad edərək, yazının böhtan xarakterli olmasını sübut edəcəyik. Ümid edirik ki, həmin yazını yazanlar və yayanlar bir daha vaxtlarını böhtan uydurmağa sərf etməyəcəklər.
Ramin İsayevin rəhbərliyi altında SOCAR AQŞ-nin yüksək gəlirli şirkətə çevrilməsi və hər il səhmdarlara yüz milyonlarla manat dividend ödənilməsinin sübutları maliyyə hesabatlarında əks olunub. Buna misal olaraq, NEQSOL Holdinq tərəfindən internetdə yerləşdirilmiş və 2018-ci ildə SOCAR AQŞ MMC-nin əldə etdiyi mənfəəti əks etdirən məlumatı göstərə bilərik. Bu hesabatdan aydın olur ki, Ramin İsayevin rəhbərliyi altında SOCAR AQŞ səhmdarlara təkcə 2018-ci ildə 228 milyon manat ümumi mənfəət qazandırıb. SOCAR AQŞ MMC-nin 2008-2020 dövrü üçün göstəriciləri və digər maliyyə bəyannamələri SOCAR və Neqsol Holdinq tərəfindən müvafiq yerlərdə mütəmadi olaraq dərc olunub. Bu hesabatlar hamısı göstərir ki, Ramin İsayevin rəhbərlik etdiyi dövrdə müəssisə böyük mənfəətlə və uğurla işləyib.

Ramin İsayev haqqında bu günlərdə yazılan böhtan xarakterli yazıda qeyd edilir ki, məmur özünə yüksək maaş təyin edib və bu səbəbdən də işdən çıxarılıb. Bu tamamilə cəfəng bir iddiadır: əvvəla Ramin İsayev işdən çıxarılmayıb, 16 oktyabr 2020-ci ildə öz təşəbbüsü ilə işdən azad olunma ərizəsini müəssisənin Baş hüquqşünası vasitəsilə Direktorlar Şurasına təqdim edib və işdən ayrılıb. İkincisi, Ramin İsayev məmur olmayıb, özəl müəssisə olan SOCAR AQŞ MMC-nin rəhbəri olub, üçüncüsü isə Ramin İsayevə maaşı SOCAR AQŞ MMC-nin səhmdarları təyin edib və müvafiq sənədlərin imzalanması səlahiyyəti isə hazırda NEQSOL Holdinqin Baş İcraçı direktoru olan Yusif Cabbarova həvalə edilib. İndi sənədlərə və faktlara istinad edərək bunları göstərək:
- Ramin İsayevlə yeni əmək müqaviləsinin imzalanması səlahiyyətlərinin SOCAR AQŞ səhmdarlarının Ümumi Yığıncağı tərəfindən Yusif Cabbarova həvalə edilməsi barədə 15 iyul 2020-ci il tarixli Qərarının surəti:


- Ramin İsayevin əmək haqqının orta aylıq ümumi 9224 manatdan aylıq ümumi 54301 manata dəyişdirilməsi ilə bağlı səlahiyyətli şəxs olan Yusif Cabbarovun imzaladığı 01 sentyabr 2020-ci il tarixli Əmrin surəti:
-

Onu da xusisi olaraq qeyd edək ki, Ramin isayev 2008-2020 illərində NEQSOL Holdinqin ən iri müəssisəsinə rəhbərlik edib, lakin digər müəssisə rəhbərləri ilə müqayisədə qat-qat aşağı maaş alıb. Təkcə bir faktı qeyd edək ki, Ramin İsayevin tabeçiliyində işləyən, lakin Yusif Cabbarovun əsas adamlarından olan Fuad Behbudun maaşı Ramin İsayevin maaşından təxminən 3 (üç) dəfə yüksək olub.
- Ramin Isayevin xalis 1,022,785 manat məbləğində mükafatlandırılmasının, əslində dekabr 2017-iyun 2020-ci il dövrü üçün ödənilməmiş maaş olduğunu sübut edən və Yusif Cabbarov tərəfindən imzalanmış ingilis dilində sənəd və həmin sənədin Azərbaycan dilinə tərcüməsi:


- Ramin İsayevin xalis 1022785 manat məbləğində mükafatlandırılması ilə əlaqədar səlahiyyətli şəxs olan Yusif Cabbarov tərəfindən imzalanmış 01 sentyabr 2020-ci il tarixli Əmrin surəti:

Yuxarıda təqdim edilən sənədlər bir daha sübut edir ki, Ramin İsayevin əmək haqqının dəyişdirilməsi və mükafatlandırılması, SOCAR AQŞ MMC-nin səhmdarlarının səlahiyyət verdiyi Yusif Cabbarov tərəfindən icra edilib.
SOCAR AQŞ MMC-nin bu gün yuxarıda qeyd edilən məbləğləri ödəməkdən yayınmaq cəhdləri dərin təəssüf hissi doğurur və bu şirkətin və onun hazırkı rəhbərliyinin öz qanuni öhdəliklərinə əməl etmək mədəniyyətini və məsuliyyətini itirdiyini göstərir. Belə şirkətlər isə gec-tez cəmiyyətdə ifşa edilir, etibarı itirir və məhv olurlar.
Digər iddialara gəlincə isə bunları qeyd etmək istəyirik:
- Hər bir iri şirkətdə olduğu kimi, SOCAR AQŞ MMC-də də şirkət adına alınmış korporativ kart olub və bu kart şirkətin Xəzinədarında Ödənişlər üzrə mühasibində saxlanılıb. Korporativ kartdan şirkətin biznes məqsədləri üçün istifadə edilib və hər bir transaksiya Ödənişlər üzrə mühasib tərəfindən qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib, sənədlər isə mühasibatlıqda saxlanılıb.
- Korporativ kartdan istifadə əsasən səhmdarın öz göstərişi əsasında onun məqsədləri üçün, sifarişçi təşkilatların səhmdar tərəfindən tövsiyə edilən rəhbər işçiləri üçün bayramlarda hədiyyələrin alınması üçün və SOCAR AQŞ MMC-nin Direktorlar Şurasının üzvləri üçün hədiyyələrin alınmasına sərf edilib. Müvafiq sənədlər tam şəkildə mühasibatlıqda olub.
- Bundan əlavə, həmin kartdan Neftçilər Günü, yeni il və Novruz Bayramı münasibətilə qabaqcıl işçilərin mükafatlandırılması üçün də çoxsaylı dəyərli hədiyyələr alınıb və tədbirlərdə işçilərə təqdim edilib. Həmin tədbirlər hamısı foto və video qeydlərdə qalır. Müvafiq sənədlər tam şəkildə mühasibatlıqda olub.
- Korporativ kartdan həmçinin iclas otaqlarının icarəyə götürülməsi və iclas iştirakçılarının qidalanmasının təşkili üçün mühasib tərəfindən ödənişlər edilirdi. Müvafiq sənədlər tam şəkildə mühasibatlıqda olub.
- Yazıda sadalanan konkret hallara gəldikdə isə, Brioni və Canali firmalarından alınan bahalı hədiyyələr SOCAR AQŞ Direktorlar Şurasının üzvləri üçün alınmışdı və onlar həmin hədiyyələri hələ də istifadə edirlər. Digər bahalı bir neçə hədiyyə isə Nəsib Həsənov və ailə üzvləri, Holdinqin digər rəhbər işçiləri üçün alınmışdı və şahidlər, sübutlar hamısı var. Yeni il, Novruz bayramlarında, Neftçilər Günündə SOCAR və Azneft rəhbər işçilərinə alınıb verilən hədiyyələr də səhmdarın öz göstərişi ilə və NEQSOL Holdinqin Rüşvət və Korrupsiyaya Qarşı Mübarizə Siyasətinin 7.6-cı bəndinə uyğun alınıb təqdim edilib və sadalanan faktlar SOCAR-ın Vitse-prezidentləri və Azneftin rəhbər işçiləri tərəfindən tam təsdiq edilə bilər. Four Seasons mehmanxanasında qonaqlıq kimi qeyd edilən xərc isə NOV firması ilə SOCAR AQŞ mütəxəssislərinin, təxminən 20 şəxsin 2-günlük texniki iclasları zamanı çəkilən xərcdir. Bu iclasların nəticəsində dünyanın ən qabaqcıl qazma alət və avadanlıqları istehsalçısı olan NOV ilə çox faydalı əməkdaşlıq yarandı: məsələn Nobel Energy şirkətinə aid olan Llamrei tərəfindən atqıya qarşı preventor çox yüksək qiymətə alınıb SOCAR AQŞ-yə verilirdisə, NOV ilə əməkdaşlıq nəticəsində bu qiymət ciddi şəkildə aşağı endirildi və təxminən 7 milyon ABŞ dolları vəsaitə qənaət olundu. Ümumilikdə, NOV ilə birbasha əməkdaşlığın yaranması nəticəsində yalnız ilk iki il ərzində 20 milyon ABŞ dollarından artıq vəsaitə qənaət edildi. İstanbuldakı tibbi xərclərə gəldikdə isə bu Malayziyaya səfər edən işçidə malyariya olması şübhəsinə əsasən həyata keçirilən tibbi yoxlama xərcləri olub və burada da qeyri-qanuni heç nə olmayıb, yəni şirkət ya beynəlxalq tibbi sığortanı təmin etməli idi, ya da ki, müayinənin xərclərini ödəməli idi. Bu cür adi məsələləri SOCAR AQŞ yeni rəhbərliyinin sensasiyaya və böhtana çevirib yaymaq niyyəti onu göstərir ki, şirkət tam mənəvi tənəzzülə uğrayıb.
- Onu da qeyd edək ki, SOCAR AQŞ MMC-də hər il Direktorlar Şurası tərəfindən təyin edilmiş kənar audit yoxlamalar aparılıb, Daxili Audit və Vergi Auditi keçirilib. Əgər hər hansı qayda pozuntusu və yaxud sənəd çatışmazlığı olsa idi, bu hökmən auditlər tərəfindən aşkar edilməli idi. İllər ərzində aşkar edilmiş heç bir nöqsanın olmaması çoxsaylı audit sənədlərində də təsdiq edilmişdir.
- Yekun olaraq onu qeyd edək ki, şirkətdə heç bir ödəniş səhmdarın və Yusif Cabbarovun icazəsi olmadan edilə bilməzdi. Bundan əlavə, SAP proqram təminatı imkan verirdi ki, Nobel Energy şirkətinin maliyyəçiləri hər an SOCAR AQŞ-nin maliyyə əməliyyatlarına nəzarət etsinlər. Onda sual yaranır ki, bu qədər daxili və kənar nəzarət tədbirlərinin mövcud olduğu şəraitdə, nöqsan necə diqqətdən kənarda qala bilərdi?! Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, yeni rəhbərlik sənədləri saxtalaşdıra bilər və faktları təhrif edə bilər. Bu səbəbdən də, müəssisənin köhnə işçiləri də cəlb olunmaqla detallı araşdırma aparılsa, yeni rəhbərliyin sənədləri saxtalaşdırması barədə yaranan şübhələrə aydınlıq gətirilə bilər.
Ümid edirik ki, Yusif Cabbarov və onun komandası korrupsiya, yalan, böhtan və şantaj vasitəsilə məhkəmələrə təzyiq etmək və ictimaiyyəti böhtanlarla, uydurmalarla, saxtakarlıqla çaşdırmaq fəaliyyətinə son qoyacaqlar və əvvəlki Baş direktor qarşısındakı konkret qanuni öhdəliklərinə əməl edəcəklər.
Elchi.az





















Son şərhlər