Azərbaycanda azyaşlı qızı qaçırmağa cəhd göstərilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
“Maarif Cığırı – Nizami 885” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərinin ümumtəhsil məktəblərində silsilə maarifləndirici seminarlar təşkil olunub
"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən qrant müsabiqədə qalib olduğu...






















Son şərhlər