"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əhməd İsmayılov: “Azərbaycan mediası yeni islahatlar mərhələsinə qədəm qoyub”

28 Oktyabr 2022 - 13:15
in MANŞET
FacebookVatsap

“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək məqsədilə bir müddətdir ki, yeni islahatlar mərhələsinə qədəm qoyub”.

Bunu da oxuyun

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Tramp: İrana ağır zərbə endirəcəyik

Elchi.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında deyib.

Onun sözlərinə görə, hazırda müasir dünyanın yeni trendinə çevrilmiş rəqəmsal media məkanı günü-gündən genişlənməkdə və ölkələrin milli informasiya mühitinə öz təsirini göstərməkdədir. Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiya mübadiləsi prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir.

“2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsində köklü dəyişikliklərin yeni mərhələsi başlanmışdır. Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin davamlı inkişafına yönəlik strategiya həyata keçirməkdədir. Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, həmçinin beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür”, – deyə o qeyd edib.

Ə.İsmayılov vurğulayıb ki, bu il iyul ayının 22-də Azərbaycanın müstəqil dövlətçilik tarixində ilk dəfə Azərbaycan media nümayəndələri öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində Beynəlxalq Media Forum keçirməklə qeyd etdilər:

“Şuşa şəhərində keçirdiyimiz Beynəlxalq Media Forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi apardıq. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan jurnalistlərinə ünvanlanmış müraciətdə Vətən müharibəsi zamanı Azərbaycan mediasının informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rolu olduğu vurğulanmış, həmçinin ölkə mediasının inkişafı ilə bağlı olduqca əhəmiyyətli istiqamətlər və prinsiplər müəyyənləşdirilmişdir. Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur.

Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq mediada dünya ictimaiyyətinə düzgün çatdırmaqdır. Qeyd etmək yerinə düşər ki, bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.Həmçinin bu ilin avqustunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu” imzalanmışdır. Türk Dövlətləri Təşkilatının üzvü olan bu qardaş respublikalarla imzaladığımız anlaşma memorandumları çərçivəsində media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, fəaliyyət dövrü ərzində MEDİA Agentliyi müxtəlif istiqamətlərdə icra edilən çoxsaylı layihələr çərçivəsində ADA Universiteti, “Al Jazeera”, “Haber Global”, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi, “Anadolu Ajansı” kimi nüfuzlu yerli və beynəlxalq qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilmişdir. Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün bütün Türk Dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var. Media subyektlərimiz öz peşəkar missiyasını bütün müstəvilərdə vahid idealogiya ilə yerinə yetirdiyi təqdirdə səsimiz daha güclü olacaq və daha aydın eşidiləcəkdir.Türk dünyasının birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq möhkəmlənən əlaqələrinin media sahəsində də uğurla davam edəcəyinə inanırıq. Beynəlxalq aləmi türk dünyası haqqında obyektiv informasiya ilə təmin etmək üçün biz peşəkarlığımızı və sayıqlığımızı artırmalı, birliyimizi möhkəmləndirməliyik”./report

Previous Post

Əhməd İsmayılov: “Azərbaycan mediası yeni islahatlar mərhələsinə qədəm qoyub”

Next Post

İran Naxçıvanı işğalla hədələyir – Tarasov

Bənzər yazılar

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09

Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Prezident...

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05

ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edərək dedi: "Gözləyin və görün İrana nə edəcəyik. Onlara ağır zərbə endirəcəyik....

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

Next Post
İran Naxçıvanı işğalla hədələyir – Tarasov

İran Naxçıvanı işğalla hədələyir - Tarasov

İran Naxçıvanı işğalla hədələyir – Tarasov

İran Naxçıvanı işğalla hədələyir - Tarasov

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.