ABŞ NATO-nun Avropadakı bazalarına təkmilləşdirilmiş B61-12 taktiki bombalarının yerləşdirilməsini sürətləndirməyə qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti məlumat yayıb.
Məlumata görə, NATO-nun Brüsseldə keçirilən qapalı iclasında ABŞ rəsmiləri bombaların planlaşdırılan vaxtdan tez, yəni dekabrda çatdırılacağını bildirib. Ancaq ilkin plana görə, onların 2023-cü ilin yazında Avropaya yerləşdirilməsi nəzərdə tutulurdu.
Pentaqonun sözçüsü Patrik Rayder məsələ ilə bağlı nəşrə ABŞ-ın nüvə arsenalı məsələsini ətraflı müzakirə etmək niyyətində olmadığını bildirib:
“B61 proqramı çərçivəsində modernləşdirmə uzun illərdir ki, davam edir və köhnə silahlar daha müasir silahlarla əvəzlənir”.
Pentaqon hərbçiləri prosesin sürətləndirilməsinin Ukraynadakı hadisələrlə heç bir əlaqəsi olmadığını bildirib.
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər
ABŞ prezidenti Donald Tramp İranla davam edən danışıqlarla bağlı bildirib ki, "Onlar danışıqların çox, çox yaxşı getdiyini bildiriblər. Əgər razılaşma...





















Son şərhlər