"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Əcdadlarımızın vəsiyyəti

12 Oktyabr 2022 - 10:39
in MÖVQE
FacebookVatsap

“Gözümüzün önündə, bəlkə də gələcək yüzillərin yol xəritəsinin cizgilərini müəyyənləşdirən, təməlini atan, yölünü çəkən, körpülərini salan tarix yazılır… Sürətlə cərəyan edən hadisələrin içərisində yer almışıq deyə, bir çox hallarda baş verənlərə kənardan nəzər sala, yazılan tarixin hər sözünün, hər cümləsinin… böyüklüyünü görə bilmirik. Bu tarix əcdadlarımızın “göylərin sahibi” adlandırdıqları Xan Tanrı dağı qədər uca və müqəddəsdir. Bu tarix əcdadlarımızın vəsiyyətidir!”.

Bunu da oxuyun

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

İsraildə müxalifət Netanyahunu qabaqlayır

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli FB hesabında bildirib:

“…Son 1 il ərzində Azərbaycan Prezidentinin qardaş türk dövlətlərinin liderləriylə keçirdikləri görüşlərdə, qarşılıqlı əlaqələrin strateji müttəfiqlik müstəvisində yüksəldilməsi və digər mühüm sənədlərin imzalanmasından sonra verilən bəyanatlarda bəzən bir, bəzən isə bir neçə dəfə təkrarlanan “Əcdadlarımızın vəsiyyəti” deyimi, sanki Türk Dünyasının çağdaş birliyi üçün leytmotiv xarakter daşıyır.
Eyni deyim Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə, açılış mərasimlərində də səsləndirildi və Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafının “Əcdadlarımızın vəsiyyəti” olduğu bildirildi. Əcdadlarımızın vəsiyyəti isə təkcə dövlətlərimizin başçıları üçün deyil, bütövlükdə hər birimiz üçün istinad mənbəyi, söykəncək olmalıdır. Atalarımız, əcdadlarımız isə bizə bir olmağı, iri olmağı, diri olmağı vəsiyyət ediblər.
Atalarımızın bütün Türk Dünyasında, o cümlədən Azərbaycanda da dillər əzbəri olan Bilgə Xaqan kitabəsində yer alan vəsiyyətində, həm də bugünümüzə bir çağırış var: “Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!”
Bəli, bir olduqca, ulusumuz da, yurdumuz da, törəmiz də var olacaq. Birliyimizin kökləri isə tariximizdə, əcdadlarımızın vəsiyyətindədir. Tarix boyu məğlubiyyətlərimizin səbəbi öz tarixi köklərimizdən uzaq düşməyimizdə, zəfərlərimizin sirri isə özümüzə qayıtmağımızda olub.
Təxminən 1300 il öncə Bilgə Xaqanın ayrı-ayrı xaqların təsiri altına düşərək parçalanan, bölünən türk ulusuna etdiyi vəsiyyət bizə tarixin dərslərindən nəticə çıxarmağı tövsiyyə edir.
Şübhə etmirəm ki, Prezident İlham Əliyev qardaş Qırğızıstana səfəri çərçivəsində müstəqil inkişafımızın və birliyimizin yol xəritəsi haqqında danışanda, məhz tarixin yüz illərin arxasından boy verən həqiqətlərinə işarə edirdi…
Sitat: “Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”.
Azərbaycan Prezidentinin yuxarıda iqtibas gətirdiyim fikirlərindən söz və ifadə seçmələri etməklə, dəyərli oxucuların diqqətini müstəqil inkişafımızın və birgə gələcəyimizin təməlini təşkil edən ən mühüm amillərə yönəltmək istəyirəm.
“Müstəqillik”, “milli ləyaqət yolu”, “köklərimizə yaxın olmaq”, “ənənələrimizə, əcdadlarımızın vəsiyyətinə söykənmək”, “xalqlarımızın nadir mədəniyyətini qotuyub saxlamaq”… Təsəvvür edin, bütün bu söz və ifadələri yuxarıda misal gətirdiyim cümlədən çıxarırıq… Yerdə nə qalır? Heç nə! Çünki bu söz və ifadələr gerçək müstəqilliyin, hər kəsin sənə sayğıyla yanaşmaq və səninlə hesablaşmaq məcburiyyətində qaldığı milli ləyaqət yolunun, milli qürurun, şərəflə yaşamağın, öz tarixinə, mədəniyyətinə və gələcəyinə sahib çıxmağının vahid düsturunu təşkil edən yüksək və həqiqi anlayışlardır. Milli ləyaqət yolu ilə getməyənlərin müstəqilliyi isə ən yaxşı halda rəmzi xarakter daşıya bilər. Tarixi köklərimizə bağlılıq milli identikliyimizi, dəyərlərimizi qorumaqla yanaşı, bizi birləşdirən və qürursuzlar qarşısında təklənməyə qoymayan yeganə vasitədir. Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyi də sübuta yetirdi ki, imperiya ambisiyalarını saxta nəzəriyyələr və gəlişigözəl anlayışlarla pərdələyənlərin niyyəti bizi fərdlərə bölməklə assimilyasiyaya uğratmaqdan, bir xalq və türk etnosu olaraq Yer üzərindən silməkdən, torpaqlarımıza, mədəniyyətimizə sahiblənməkdən ibarətdir. Bu axına qarşı dayanmağın yolu isə ortaq kökə, dilə, tarixə, mədəniyyətə sahib olan xalqların birliyindən keçir! Son 200 il ərzində parçalanmalara, işğala, zülmə və saysız-hesabsız məhrumiyyətlərə məruz qalan Türk xalqlarının gələcəyi, istisnasız olaraq, bu həqiqəti alternativi olmayan reallıq kimi qəbul etməkdən ibarətdir. Və türk etnosunun öz liderlərinə münasibətdə dəyərləndirmələri də, məhz bu müstəvidə olmalıdır.
Bu xüsusda, Prezident İlham Əliyevin Qırğızıstanın dövlət başçısı ilə bağlı fikirlərinin, mahiyyət etibarilə daxilində çox ciddi mesajlar daşıdığı qənaətindəyəm.
Sitat: “Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır…”
Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur…
…Azərbaycan Türk Dünyasının birliyi üçün, indi, sadəcə ideoloji mərkəz olaraq, tarixi missiyasını yerinə yetirmir, həm də bu birliyin bütün istiqamətlərdə möhkəm təməllər üzərindən inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir və bunun nəticəsi olaraq, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün Türk dünyası yeni potensial əldə edir”, birgə, təhlükəsiz, firavan və işıqlı gələcəyə yol çəkir. Tanrı dağlarından Qafqaza qədər uzanan MİLLİ LƏYAQƏT YOLUnun üzərindəki bütün maneələrin aradan qaldırılması isə, yenə də xalqlarımızın birliyindən, liderlərimizin aydın baxışlarından… keçir.
Prezident İlham Əliyevin Qırğızıstanda dediyi kimi, “Biz öz dillərimiz – ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik” “.

Şayəstə

Previous Post

Əcdadlarımızın vəsiyyəti

Next Post

FTX Krım körpüsünü partladan ermənini saxladı

Bənzər yazılar

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda krallığa dəstəyini ifadə edib və husilərin...

Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15

İsraildə oktyabrın 27-nə təyin edilmiş ümumi seçkilər ərəfəsində açıqlanan son rəy sorğusuna əsasən, müxalifət bloku 120 yerlik parlamentdə 67 yer...

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski atəşkəs çağırışları ilə yenidən silahlanmaq üçün vaxt qazanmağa...

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47

Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....

Next Post
Krım körpüsündəki partlayışda ölənlərin sayı açıqlandı

FTX Krım körpüsünü partladan ermənini saxladı

Krım körpüsündəki partlayışda ölənlərin sayı açıqlandı

FTX Krım körpüsünü partladan ermənini saxladı

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.