"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Rusiya Qərbin onu Qafqazda sıxışdırmasına sakit yanaşacaqmı?

11 Oktyabr 2022 - 16:04
in MÖVQE
FacebookVatsap

“Ukrayna-Rusiya müharibəsinin qızışdırıldığı vaxtda (Krım körpüsünün vurulmasının başqa məntiqini tapmaqda çətinlik çəkirəm), Güney Qafqazda sülh çağırışları artır.
Avropa Birliyi, ABŞ Qarabağ məsələsinin sülh yolu ilə həllində maraqlı olduqlarını göstərməyə çalışırlar. Praqa prosesi, ardından Blinkenin Əliyevə və Paşinyana zəng etməsi kollektiv Qərbin bu bölgədə təşəbbüsü tam götürməyə qərarlı olduğunun göstəricisidir”.

Bunu da oxuyun

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Azər Ayxan FB hesabında qeyd edib.

“Bəs Rusiya Qərbin onu Qafqazda sıxışdırmasına sakit yanaşacaqmı? Bunu qəbul edib, geri çəkiləcəkmi? Heç inandırıcı görünmür. Avropa Birliyinin, ABŞ-ın Qafqazda sülh yaratmaq təşəbbüsləri bölgəni daha böyük böhrana soxa bilər. Qərblə Rusiyanın maraqlarının toqquşduğu ölkələr xarabalığa çevrilir. Bunun ən sonuncu nümunəsi Ukraynadır.
Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını bu iki ölkənin iradəsinə buraxmaq lazımdır. Enində-sonunda anlaşacaqlar, başqa yol yoxdu. Ermənistan Türkiyə və Azərbaycanla danışıqlarda xeyli məsafə qət edib. Bunu davam etdirmək ən optimal variant olar. Praqada Ərdoğanla Paşinyanın görüşü siyasi şərhçilər tərəfindən prosesin yeni və ciddi mərhələsi hesab edilir.
Qərb bu regionda sülhün yaranmasını səmimi olaraq istəyirsə, Rusiyanı qızışdıran addımlardan çəkinməlidir. Qarabağda sülhün əldə edilməsi Moskva ilə Brüsselin (Aİ+ABŞ) anlaşmasından asılıdır, yarışmasından yox. Bu yarışmanın sonu Güney Qafqazın poliqona çevrilməsi ilə nəticələnər”.

A.Ayxan qeyd edib ki, Azərbaycan Rusiyanı qıcıqlandırmamaq, Qərbi əleyhimizə çevirməmək üçün doğru diplomatiya yürüdür:

“İlham Əliyevin bütün hesablamaları, gedişləri ölkəsini və bölgəni qorumağa hesablanıb. Hazırda Güney Qafqazın qarantoru rolunda Azərbaycan çıxış edir. Prezident Əliyevin hədəfi bütün tərəflərlə, qlobal və regional oyunçularla münasibətləri normal tutmaq, bunun verdiyi avantaj sayəsində Ermənistanı sülh masasına oturtmaq, Zəngəzur dəhlizini açmaqdır. Ermənistan isə Putinin damarına basan açıqlamalar verir. KTMT-dən çıxacağını deyir, Qərblə daha çox yaxınlaşmaq xətti seçir. Bilincli şəkildə Moskvanı provokasiyaya çəkir.
Paraleldə bir başqa proses də gedir – türk dövlətlərinin yaxınlaşması. Orta Asiya, Azərbaycan və Türkiyə arasında son illər, hətta son aylar müşahidə edilən inteqrasiya sürəci bölgədə yeni güc mərkəzinin yaradılmasına hesablanıb. Bu, strateji zəkanın ortaya qoyduğu bir layihədir. Və artıq gerçəkləşmək üzrədir.
Bu layihənin fikir və əməl müəllifləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğandır. Türk dünyasının birliyi Türkiyə ilə Azərbaycanın yaxınlaşmasından keçir. Türkiyə-Azərbaycan birliyi baş verdikdən sonra, baxın, necə hadisələrə şahidlik etməkdəyik.
Yeri gəlmişkən, bu günlərdə Özbəkistan və Qırğızıstan arasında barış əldə edilib. Bu iki türk cümhuriyyəti SSRİ dövründən qalan düşmənçiliyi bitirdilər. Bütün mübahisəli əraziləri, şirin su davalarını kökündən bağladılar.
Türk dövlətlərinin birliyi, barışı türk xalqlarının qədəridir. Qədərdən qaçmaq isə mümkün deyil. Ağlımıza gələn ən yaxşı şeylər başımıza gəlməkdədir.
Türk dövlətlərinin birliyi dünyanın az qalsın dağılıdığı, qohum, qardaş xalqların bir-birinin başına raket atdığı dövrdə baş verir…”.

Yeganə

Previous Post

Rusiya Qərbin onu Qafqazda sıxışdırmasına sakit yanaşacaqmı?

Next Post

Tiktok açılıb? – Nazirlikdən açıqlama

Bənzər yazılar

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

03 İyun 2026 - 11:36

Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

03 İyun 2026 - 11:20

Zaxarova Makronun açıqlamalarında ikililik gördü. Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları bir-birini istisna edir; onlarda ikililik aşkar...

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

03 İyun 2026 - 11:00

ABŞ Dövlət Katibi Marko Rubio dedi: "İsrailin Qəzzanın 70%-ni işğal etmək planı Prezident Donald Trampın 20 maddəlik sülh planının bir...

ÜST: Livanda səhiyyə sektoruna hücumlar insan həyatına son qoymağa davam edir

ÜST: Livanda səhiyyə sektoruna hücumlar insan həyatına son qoymağa davam edir

03 İyun 2026 - 10:51

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Livanda səhiyyə sektoruna hücumlar insan həyatına son qoymağa və...

Next Post
Ölkəmizdə Tiktok və Teleqram bağlanıb? – Nazirlik açıqladı

Tiktok açılıb? - Nazirlikdən açıqlama

Gəncə və Ukraynanın bombalanması təfəkkürü eynidir

Gəncə və Ukraynanın bombalanması təfəkkürü eynidir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.