"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Deputat: “Bu gün Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır”

06 Oktyabr 2022 - 16:45
in SİYASƏT
FacebookVatsap

“Son vaxtlar Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Bu gün isə Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması bunu bir daha sübut edir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır. Sentyabrın 30-da rəsmi açılışı olan və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək”.

Bunu da oxuyun

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

Elchi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışı ilə əlaqədar Milli Məclisin deputatı Kamaləddin Qafarov FB hesabında qeyd edib:

K.Qafarov son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunduğunu bildirmişdir:

“Prezident İlham Əliyevin sentyabrın 30-da Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında Bolqarıstana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə vermək idi. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə, həmçinin bu ölkənin bir sıra yüksək dövlət rəsmiləri ilə görüşləri baş tutdu. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Bolqarıstana sayca dördüncü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə iki dəfə rəsmi (2005-ci və 2015-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu ildə) səfər edib. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olunur və bu münasibətlə iki ölkə arasında ali səviyyədə təbrik məktublarının mübadiləsi həyata keçirilib. Xüsusi olaraq vurğulaya bilərik ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışının əvvəlində 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırlatdı və həmin Bəyannamənin əlaqələrimizi yüksək səviyyəyə qaldırdığını və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapdığını xatırlatdı. Dövlətimizin başçısı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin tarixi əhəmiyyətə malik olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracağını vurğuladı. Xatırlatdı ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır. Prezident İlham Əliyev çıxışında yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunmasının önəmli məsələ olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. Dövlətimizin başçısı yeni əməkdaşlıq imkanları araşdırılacağını da qeyd etdi. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir”.

Şayəstə

Previous Post

Deputat: “Bu gün Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır”

Next Post

Ölkəmizdə daha 2 nəfər koronadan öldü

Bənzər yazılar

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litva səfiri Kestutis Vaşkeleviçusla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə litvalı...

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30

"Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam". Elchi.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam...

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust 2026 - 12:20

DSX-nin şəhid hərbi qulluqçuları və mülki işçisi “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham...

Next Post
Koronaya yoluxma halları niyə artır? – Səbəbi açıqlandı

Ölkəmizdə daha 2 nəfər koronadan öldü

Koronaya yoluxma halları niyə artır? – Səbəbi açıqlandı

Ölkəmizdə daha 2 nəfər koronadan öldü

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.