Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
O deyib ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir:
“Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Elchi.az - a...





















Son şərhlər