"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Azərbaycandakı bəzi siyasi partiyalar üzvlərinin sayını açıqlayıb – SORĞU

09 Sentyabr 2022 - 14:40
in aktual-banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin varinatında qeyd edilib ki, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olmalıdır.

Bunu da oxuyun

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Tramp: İrana ağır zərbə endirəcəyik

Maraqlıdır, hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş siyasi partiyaların neçə üzvü var?

Elchi.az-ın məlumatına görə, “Report” bu sualla bağlı bir neçə siyasi partiyanın mövqeyini öyrənib.

Bu yaxınlarda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, YAP sıralarında 800 000-ə yaxın insan var.

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli sonuncu dəfə rəhbərlik etdiyi partiyanın üzvlərinin bir il bundan əvvəl uçota alındığını bildirib:

“Həmin uçota əsasən, 17 000-dən çox üzvümüz var. Ancaq partiyanın ən çox üzvü 2003-cü ildə olub. Hətta partiya üzvlərinin sayı 27 minə də yaxınlaşıb. Ancaq onları anketləşdirə bilməmişdik. Son iyirmi ildə partiyalarda aşınma gedib. Yalandan deməklə deyil ki”.

Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını müsbət qiymətləndirir: “BAXCP yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edib. Hazırda qüvvədə olan qanun 30 il bundan öncə hazırlanıb. Bu müddət ərzində baş verən proseslərdə kifayət qədər dəyişikliklər olub. Ona görə də hesab edirik ki, bu gün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Yeni layihədə dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olması ilə bağlı tələb də öz əksini tapıb. BAXCP ölkənin çox güclü müxalifət partiyalarından biridir. Partiyanın 70-dən artıq rayon şəbəsi fəaliyyət göstərir. Hazırda üzvlərimizin sayının dəqiqləşdirilməsi aparılır. Ancaq partiyanın bu gün həmin 10 min nəfərlik siyahını müvafiq qurumlara təqdim etməklə bağlı potensialı var. Biz 10 mindən də çox üzvümüzün olması ilə bağlı siyahını təqdim edə bilərik”.

Uzun illər Milli Məclisin sabiq deputatı Xanhüseyn Kazımlının rəhbərlik etdiyi, Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) indiki sədri Əsli Kazımova qeyd edib ki, hazırda partiyanın 30 000-ə yaxın üzvü var.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qeyd edib ki, partiyanın 81 bölgə, 1 Muxtar Respublika təşkilatında 19 783 nəfər üzvünün ərizəsi var.

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli yeni qanun layihəsində siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün üzvlərin sayının çox yüksək qeyd edildiyini deyib: “Layihədə bu tələb 1 000 nəfərdən 10 000 nəfərə qaldırılır. Bəs, təsisçinin 200 nəfərədək yüksəldilməsi nə deməkdir?”

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, yeni qanun layihəsi hazırlanan zaman qeydiyyatla bağlı tələbdə üzvlərin sayının 7-10 min olmasını təklif edib: “Bəzi partiyalar da bu təkliflə çıxış etmişdilər. Mən bu rəqəmin tərəfdarıyam. Bununla bağlı bizim kifayət qədər resurslarımız var və hər hansı bir çətinliklərin olacağını gözləmirəm”.

Tural Abbaslı bildirib ki, sədri olduğu Ağ Partiyanın yeni qanun layihəsində göstərilən tələblərlə bağlı heç bir problemi yoxdur:

“Biz narahat deyilik. Ancaq biz partiyanın qeydiyyatı ilə bağlı bu qədər rəqəmin tələb kimi qoyulmasını uyğun hesab etmirik. Partiyanın tələb kimi qoyulan rəqəmdən artıq da üzvümüz var. Bu gün bəlkə də Azərbaycanda yeganə partiya bizik ki, hər həftə kifayət qədər üzvlüyə qəbullarla bağlı müraciətlər olunur və partiya sıralarına həmin şəxlər qəbul edilir. Bizim sayla bağlı problemimiz yoxdur”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə partiyanın 30 000-dən çox üzvü olduğunu bildirib: “AMİP ilk rəsmi dövlət qeydiyyatından keçmiş partiyadır. Ancaq yenə də partiya üzvlərimizin sayı ilə bağlı monitorinq keçiriləcək və dəqiqləşdirmə aparılacaq”.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə deyib ki, hazırda partiyanın 89 000 üzvü var:

“Qeydiyyatla bağlı hesab edirəm ki, 10 000 nəfərlik tələb çox azdır. Bu rəqəm gərək 50-60 min olardı”.

Previous Post

Azərbaycandakı bəzi siyasi partiyalar üzvlərinin sayını açıqlayıb – SORĞU

Next Post

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Bənzər yazılar

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09

Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Prezident...

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05

ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edərək dedi: "Gözləyin və görün İrana nə edəcəyik. Onlara ağır zərbə endirəcəyik....

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

Next Post
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Son xəbərlər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

14 Oktyabr 2026 - 19:13
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:06
Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

14 Oktyabr 2026 - 18:59
DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

14 Oktyabr 2026 - 18:48
Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

14 Oktyabr 2026 - 18:37
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

14 Oktyabr 2026 - 18:26
Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

14 Oktyabr 2026 - 18:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.