Elektron məhkəmə sisteminin, Mediasiya Şurasının yaradılması çox böyük əhəmiyyət kəsb edir
Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə olan çıxışı çox önəmlidir, BMT-i üçün əsasdır:
“BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illər bağlı saziş mərhələli şəkildə həyata keçirilir. Bizim ölkədə həssas qrupların ədalətə çıxışının təmin olunması istiqamətində işlərimiz davam edir. Bu məqsədlə biz Qeyri-Hökumət Təşkilatları və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə sıx əməkdaşlıq edirik. Yaxın vaxtlarda Agentliklə memorandum imzalanacaq”.
BMT rəsmisi qeyd edib ki, həmçinin Azərbaycan hökuməti Dayanıqlı inkişaf Məqsədlərinə böyük önəm verir:
“İndiyə qədər Azərbaycan hökuməti hesabatlar verib. Bu yaxınlarda Azərbaycan hökuməti yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökumətinin Dayanıqlı İnkişafa inamı çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrindən olacaq”.
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb
Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az "Reuters" agentliyinə...





















Son şərhlər