"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ukrayna böhranında kimi dəstəkləməliyik? – “Bu, bizim müharibə deyil!”

28 Aprel 2022 - 12:58
in MANŞET
FacebookVatsap


Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi:

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

  • -Bir neçə gün əvvəl “Facebook” səhifənizdə yazmısız: “Prezident Zelenski Azərbaycanın Ukraynaya yardımından danışarkən, bunu 2020-ci ildə bizə göstərdiyi “yardım”la müqayisə etsəydi, düzgün olardı. Sülh çağırışından başqa heç nə xatırlamıram. Kimsə bu barədə nəsə bilir?”

Sizin prizmanızdan baxsaq, 44 günlük müharibə dövründə postosvet məkanında Azərbaycana yardım göstərməyən bir çox dövlət var. Hazırda Ukrayna müharibəsindən başqa bəzi respublikalar, məsələn, Moldova Rusiya təcavüzü ilə üzləşmə riski altındadır. Bu baş verərsə, həmin ölkələrə də Sizin məntiqinizlə yardım göstərmədiklərini xatırlatmalıyıq?

  • -Bu məsələyə münasibətim çox sadədir. Həm Ukrayna rəhbərliyi, həm də Zelenskinin özü belə bir fikir səsləndirir ki, guya Azərbaycan, Gürcüstan, Moldova və s. yerlərdə yeni cəbhələr açıla bilər. Onların marağı bundan ibarətdir ki, Rusiya Ukraynaya təzyiqlərini azaltsın. Çünki bu, onların xeyrinədir. Mən isə hesab edirəm ki, bu cür bəyanatlar və sosial şəbəkələrdə xüsusi qrupların bu istiqamətdə təbliğatı Azərbaycanın maraqlarına uyğun deyil. Çünki bu, Azərbaycanın apardığı müharibə deyil.

Azərbaycan bu məsələdə, ilk növbədə, öz maraqlarını qorumalıdır. Məhz buna görə də belə bir paylaşım etdim ki, bizə nə qədər kömək ediblərsə, biz ondan da artığını etmişik.

Zelenskinin fikirləri yersizdir. Mən belə düşünürəm, çünki Zelenski siyasi davranışdan və diplomatik etikadan kənar fikirlər səsləndirib.

  • Yeni dünya nizamının yaranması fikri artıq hər yerdə səsləndirilir. Dünyanı iki yerə böləcək tərəflər də bəllidir: ABŞ-la Avropa və Rusiya ilə Çin. Azərbaycan bu “yarımkürələr”in hansında yer almalıdır?
  • Birincisi, bu tip hadisələr tarixdə dəfələrlə baş verib. Məsələn, Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, daha sonra buna bənzər qarşıdurmalar zamanı və s. “Soyuq müharibə” deyilən dövrdə fövqəldövlətlər birbaşa toqquşmurdular. Hansısa üçüncü ölkələrin vasitəsilə hansısa qüvvələr bir-birilərinə qarşı çıxarırdı. Vyetnam, Əfqanıstan, Anqola, Koreya və s. buna misaldır. İndi də həmin vəziyyət təkrarlanır.

Humanitar baxımından hamımız başa düşürük ki, Ukrayna xalqı hərbi təcavüzə məruz qalıb. Amma bu, Ukraynaya aid olan bir vəziyyətdir. Bunun məsuliyyətini Rusiya siyasi elitası ilə yanaşı, qismən də Ukrayna siyasi elitası daşıyır. Bu baxımdan, bu, bir daha qeyd edirəm ki, bu, bizim müharibə deyil.

Taktika ondan ibarət olmalıdır ki, xoşniyyətli xidmətlər göstərək. Əgər hər hansı danışıqlar və yaxud da hansısa qaşrıdurmanın qarşısını almaq Azərbaycandan asılıdırsa, bunu edək. Amma Azərbaycan əsgəri münaqişənin birbaşa iştirakçısı olmamalıdır.

Bizi öz tərəflərinə çəkmək istəyən qüvvələr isə burada sadəcə öz maraqlarını güdür. Buna yol vermək olmaz. 44 günlük müharibə 2020-ci ildə olub, Azərbaycan əsgəri üzərinə düşən vəzifəni yerinə yetirib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, amma problemlər qalıb və onu öz gücümüzlə tam şəkildə həll edəcəyik. Bizə artıq problemlər lazım deyil. Kiminsə xeyrinə ikinci, ya da üçüncü cəbhə olmağın tərəfdarı deyiləm. İstəmirəm ki, Azərbaycan əsgəri bu müharibədə şəhid olsun.

Bir məsələyə də toxunmaq istəyirəm. Ukraynada qarşıdurma Qərblə Rusiya arasında gedir. Bu qüvvələrin tərəfdarları bizim cəmiyyətdə də mövcuddur. Bu oyunu kimin oynaması da görünür, amma mən onların hamısına demək istəyirəm: Azərbaycanın xeyirinə fəaliyyət göstərin. Ona görə də, sosial şəbəkələrdə özünü ukraynalılardan da çox ukraynapərəst göstərmək bir az gülüncdür.

Başa düşürük ki, bu insanlar hansısa qüvvələrin idarə etdiyi şəbəkədir. Amma onlar öz maraqlarını güdərkən, Azərbaycan dövlətini niyə çətin vəziyyətə salırlar?!

  • Şəxsi baxışınızda bu müharibədən sonra dünyanın gələcəyi necə görünür?
  • Qərb maraqlıydı ki, Rusiya bu savaşa bu və ya digər şəkildə cəlb olunsun və bu da baş verdi. Təbii ki, Rusiyanın da tənqid olunacaq hərəkətləri var. Lakin bəllidir ki, artıq Ukrayna əsgərinin əli ilə Qərb Rusiyanı zəiflədir. Bu proses davamlı olacaq, amma ilkin mərhələdə əminəm ki, bir müddətdən sonra danışıqlar baş tutacaq.

Qüvvələrin nisbəti onu göstərir ki, tam qələbəni çalma hələ heç bir tərəfə müəssər olmayıb. İlk növbədə, Ukraynanın zəifliyi artıq görünür. Hansısa mərhələdə Volodimir Zelenski məcbur olacaq ki, kompromislərə getsin. Biz 1994-cü ildə müvəqqəti atəşkəs rejimini əldə edə bildiksə, onlar da təxminən buna bənzər bir razılaşma əldə edəcək, amma qarşıdurma olacaq. İmkan verməzlər qarşıdurma qurtarsın. Bu qarşıdurma isə uzun müddətli, bəzən müharibə şəklində, bəzən də daimi gərginlik şəklində özünü göstərəcək.

Previous Post

Ukrayna böhranında kimi dəstəkləməliyik? – “Bu, bizim müharibə deyil!”

Next Post

Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post
Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur

Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur

Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur

Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.